Prezident və xanımı Xəzər Neft və Qaz Sərgisi ilə tanış olublar

Bu gün Azərbaycan prezidenti İlham Əliyev və Azərbaycanın I xanımı Mehriban Əliyeva Bakı Ekspo Mərkəzində təşkil olunan XXV Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinə baş çəkiblər.

Bu gün Azərbaycan prezidenti İlham Əliyev və Azərbaycanın I xanımı Mehriban Əliyeva Bakı Ekspo Mərkəzində təşkil olunan XXV Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinə baş çəkiblər.

Dövlət başçısı və xanımı müxtəlif şirkətlərə məxsus stendlərlə tanış olub. Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya şirkətlərin təqdim etdiyi məhsullar barədə məlumat verilib. Qeyd edək ki, sayca XXV olan Beynəlxalq Xəzər Neft və Qaz sərgisində yataqların mənimsənilməsi və işlənməsi ilə məşğul olan, eləcə də servis xidmətləri təklif edən 38 ölkədən 312 neft-qaz şirkəti iştirak edir. Sərgi sahəsinin 40% -ni "Caspian Oil and Gas" sərgisinin daimi iştirakçıları olan tanınmış dünya şirkətləri tutur. Ənənəvi olaraq, onların çoxu da sərginin sponsor qismində çıxış edirlər.

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31