Daşkənddəki diasporumuzun üzvləri Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbir keçirib

Özbəkistanda diaspor təşkilatı olan Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 illiyi ilə əlagədar mərasim keçirib.

     Özbəkistanda diaspor təşkilatı olan Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzi Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 illiyi ilə əlagədar mərasim keçirib.

     Özbəkistan Respublikası Nazirlər Kabineti nəzdində Millətlərarası münasibətlər və xarici ölkələrlə dostluq əlaqələri Komitəsində keçirilən tədbirdə Azərbaycanın Özbəkistandaki səfirliyiyin birinci  katibi - İlyas Məmmədov, ölkənin mədəniyyət və incəsənət xadimləri, rus, belarus, qazax, qırğız, uyğur,türk, ukrayna, tatar,tacik, alman və digər mədəniyyət mərkəzlərinin rəhbərləri, Azərbaycan diasporunun üzvləri iştirak edib.

     Mərasim iştirakçıları əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı foyedə təşkil edilən foto və kitab sərgisi ilə tanış olub.

     Tədbiri diaspor təşkilatının sədri Firdovsi Hüseynov açıb və Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti haqqında iştirakçılara məlumat verib.

     O deyib ki, 1918-ci ildə Azərbaycan Milli Şurası tərəfindən Tbilisidə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik və dünyəvi dövlət olub. Qısa müddət ərzində böyük işlər görülüb, ordu formalaşdırılıb. Lakin bu dövlət uzun müddət yaşaya bilməyib və süqut edib.

     SSRİ dağıldıqdan sonra, 1991-ci ildə yenidən dövlət müstəqilliyinə qovuşan Azərbaycan özünü Cümhuriyyətin varisi elan edib. O deyib ki, AXC bizim milli sərvətimizdir, Azərbaycan tarixinin ən parlaq səhifəsidir. Cümhuriyyətin yaradılması və fəaliyyəti xalqımızın müstəqillik əzminin, dövlətçilik ənənələrinə sadiqliyinin göstəricisidir.

     O  ümummilli lider Heydər Əliyevin sozlərini xatırladıb: "Hər bir xalqın milli mənsubiyəti, onun gürur mənbəyidir".

     Komitənin şöbə müdiri, professor - Bəxtiyar Kərimov təmsil etdiyi qurumun adından bayram münasibəti ilə iştirakçıalrı təbrik edib. О qeyd edib ki hər iki ölkənin əlaqələri ta qədimdən başlayır, Böyük İpək Yolu xalqlarımızı birləşdirib, Ticarət, elmi, mədəniyyyət və digər sahələrdə həmişə uğurlu əməkdaşlıq etmişik.  

     Dünya Azərbaycanlıların Əlaqələndirmə Şürasının üzvü Mobil Mammədov Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, onun qurucularının fəaliyyəti və uğurları barədə danışıb, bu dövlətin Şərqdə ilk parlamentli respublika olduğunu vurğulayıb.
O deyib ki, 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa edib, Ermənistanın ölkəmizə qarşı irəli sürdüyü ərazi iddiaları səbəbindən münaqişə başlayıb, torpaqlarımızın 20 faizi işğal olunub, 1 milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvalarından didərgin düşüb.

     Türk Milli Mədəniyyət Mərkəzinin sədri Ömər Salman bu münasibətlə Azərbaycan xalqını təbrik edərək deyib ki, biz bir xalq, iki dövlətik, həmişə birqə olmuşuq, gələcək yolumuz da birdir.

     Sonra söz musiqiyə verilib, Azərbaycan, rus, belarus, qazax, qırğız, uyğur,türk, ukrayna, tatar,tacik, alman dillərində mahnılar səslənib.

 

 

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31