Oqtay Əsədov: “Dünyada beynəlxalq hüququn gücü yoxdur, yalnız gücün hüququ var”

Gürcüstan Demokratik Respublikasının yaranmasının 100 illik yubiley ilə əlaqədar Tbilisidə təşkil olunan dəyirmi masada Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov çıxış edib.

Gürcüstan Demokratik Respublikasının yaranmasının 100 illik yubiley ilə əlaqədar Tbilisidə təşkil olunan  dəyirmi masada Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov çıxış edib.

MM-dən "Olaylar"a bildirilib ki, sədr Gürcüstanın ilk Demokratik Respublikasının 100 illik yubileyi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin təbriklərini və xoş arzularını ölkə rəhbərliyinə və gürcü xalqına çatdırıb, qardaş gürcü xalqına və dövlətinə müstəqil inkişaf yolunda yeni-yeni uğurlar arzulayıb. Oqtay Əsədov çıxışında deyib ki, Azərbaycan və gürcü xalqları tarixi talelərinə görə bir-birinə çox oxşayırlar. Son 100 ildə biz təqribən eyni inkişaf yolu keçmişik: "Biz xalqlarımız arasında dostluq münasibətlərini möhkəmləndirərək, indiki yüksək səviyyəyə gətirib çıxarmışıq. Bu gün Azərbaycan və Gürcüstan strateji tərəfdaşlar kimi hər sahədə bir-birinə dəstək verir. Ölkələrimizin fəal iştirakı ilə həyata keçirilən transmilli layihələr Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır, xalqlarımızın bugünkü və gələcək rifahına töhfə verir. Əsrlərboyu Qərblə Şərqi birləşdirən tarixi İpək yolu bu yaxınlarda açılışını etdiyimiz Bakı-Tbilisi-Qars dəmir yolunun sayəsində "Dəmir İpək yolu"na çevrilməkdədir".

Cənubi Qafqazda mövcud olan münaqişələrə toxunan spiker qeyd edib ki, problemlərin nizama salınması burada yaşayan bütün xalqların mənafelərinə cavab verəcək: "Əvvəllər biz fikirləşirdik ki, Yer kürəsi çox böyükdür. Amma texnoloji inkişaf baş verdikcə biz gördük ki, əslində dünya çox kiçikdir. Dünyanın bir yerində kiçik bir münaqişə baş verəndə və onun həllinə diqqət yetirilməyəndə bu, bir xəstəlik kimi çox yerə yayılır. Dağlıq Qarabağ problemi baş verəndə buna çox az diqqət yetirildi, buna görə də ardından Moldovada Dnestryanı sahə, Gürcüstanda Osetiya-Abxaziya, Ukraynada yeni münaqişə zonaları yarandı. Bunların da hamısına səbəb odur ki, artıq dünyada beynəlxalq institutların, beynəlxalq hüququn gücü yoxdur, yalnız gücün hüququ var. Nə qədər ki beynəlxalq hüquq və beynəlxalq institutlar normal fəaliyyət göstərmir, bu problemlərin həllinə nail olmaq çətin olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31