Spiker Tbilisidə Ulu Öndərin büstünü ziyarət edib
Gürcüstanda səfərdə olan Milli Məclisin sədri Oqtay Əsədov və digər rəsmi şəxslər Tbilisinin mərkəzindəki Heydər Əliyev parkında Ulu Öndərin büstünü ziyarət ediblər.
29 May 2018 14:14 SiyasətGürcüstanda səfərdə olan Milli Məclisin sədri Oqtay Əsədov və digər rəsmi şəxslər Tbilisinin mərkəzindəki Heydər Əliyev parkında Ulu Öndərin büstünü ziyarət ediblər.
MM-dən "Olaylar"a bildirilib ki, nümayəndə heyətinin üzvləri büstün önünə gül dəstələri düzüb, Ulu Öndərin xatirəsini ehtiramla anıblar. Oqtay Əsədova parkda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib. Bildirilib ki, ümumi sahəsi 1 hektar olan park 2004-cü il iyunun 15-də açılıb. Burada insanların mədəni istirahəti üçün hər cür şərait yaradılıb, çoxlu oturacaqlar quraşdırılıb, müxtəlif tinglər, ağaclar və gül kolları əkilib. 2007-ci il mayın 12-də "Caspian Service" şirkəti tərəfindən yenidən qurulmuş parkın və Azərbaycan xalqının Ümummilli Liderinin büstünün rəsmi açılış mərasimi olub. Büstün postamentlə birlikdə hündürlüyü dörd metrdir. Burada keçirilən tədbirlərdə Azərbaycan xarici işlər nazirinin müavini Ramiz Həsənov da iştirak edib.