Paşinyan ABŞ rəsmisi ilə Qarabağı müzakirə etdi
Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Bricit Brink ilə görüşüb.
29 May 2018 14:00 SiyasətErmənistanın baş naziri Nikol Paşinyan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Bricit Brink ilə görüşüb.
Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesindəki mövcud vəziyyət müzakirə edilib.
Paşinyan nizamlanma prosesində ABŞ-ın göstərdiyi səylərin əhəmiyyətini vurğulayıb.
Ermənistanın baş naziri eyni zamanda, ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələri - Rusiya və Fransanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində iştirakını yüksək qiymətləndirib.
Azvision.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31