Aydın Quliyev: "Yüzlərlə məhkum bu aktdan faydalanır"

"Bu fərmanın mahiyyəti Azərbaycan dövlətinin və şəxsən Cənab Prezidentin cəzaların icrası mexanizminə humanist münasibətinin daha bir təzahürüdür". Bunu "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Onun sözlərinə görə, yüzlərlə məhkumlar, onların ailələri, ailə üzvləri, qohumları bu aktdan faydalanırlar: "Baxmayaraq ki, bəziləri bu aktda müəyyən tanınmış bir neçə ad və soyadın olmamasından istifadə edərək qaralamağa cəhd edirlər. Əlbəttə, bir neçə ad və soyadın olmaması hələ bu Sərəncamın və bütünlüklə yüzlərlə insanın əfv olunması ilə bağlı aktın mahiyyətinə kölgə salmağa heç bir əsas vermir. İmzalana əfv sərəncamı növbəti dəfə həm cəza sisteminin, həmdə bağışlanma əfv sisteminin çox kamil və fasiləsiz işləyən dövlət institutuna çevrildiyini bir daha nümayiş etdirir. Təkrar edirəm ki, həm cəza, həm də əfv sisteminin artıq kamil işləyən bir təkmil mexanizmə çevrildiyini bir daha nümayiş etdirir. Onun icrası prosesində müvafiq dövlət orqanları ilə bərabər ictimaiyyətin də yaxından iştirakı şəksizdir. Yəni əfv olunan məhkumların yaxınlarının, qohumlarının bu prosesdə iştirakı əslində dövlət başçısının humanist addımının icrasında ictimaiyyət nümayəndələrinin aktiv iştirakı demək olacaq. Onun mahiyyətinə ictimaiyyətin dəstəyi formasında ifadə olunacaq. Yəni ictimaiyyət nümayəndələrinin əfv prosesində iştirakı ən azı qohumlarını qarşılanması, qəbul etməsi Fərmanın icrasında ictimaiyyət nümayəndələrinin iştirakı deməkdir. Fikrimcə bu Fərmanın ən böyük dəyərli cəhəti onun Azərbaycanda əfv institutunun artıq sistemli bir mexanizm şəklində fəaliyyət göstərdiyini göstərməkdir".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31