Mais Səfərli: “Bu addım onlar üçün dərs olacaq"

"Ümumiyyətlə, Azərbaycan Prezidenti İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə dəfələrlə əfv sərəncamı imzalayıb və Amnistiya aktları elan edilib. Bu, cənab Prezidentin hümanistliyindən, xarakterindən, yüksək insani keyfiyyətlərindən xəbər verir". Bunuaçıqlamasında "Yurddaş" Partiyasının sədri Mais Səfərli deyib.

Partiya sədrinin sözlərinə görə, ölkə başçısının imzaladığı sonuncu əfv sərəncamı nəticəsində də xeyli sayda insan öz ailəsinə qovuşdu: "Fikir versəniz görərsiniz ki, onların əksəriyyəti ehtiyatsızlıqdan cinayət törədiblər. Hesab edirəm ki, Prezidentin atdığı bu addım onlar üçün bir dərs olacaqdır. Çünki bu hümanist addım insanları islah etmək üçün heç də onları dörd divar arasında uzun illər saxlamaq üçün vacib deyil. Düşünürəm ki, bu addım həmin insanları düşünməyə, yenidən dörd divar arasına qayıtmamaq üçün əllərindən gələni edəcəklər. Hesab edirəm ki, bu addım həmçinin dünya üçün örnək olmalıdır. Azərbaycan bu məsələdə bəlkə də dünyada ən öndə gedən bir ölkədir. Əfv olunan insanların böyük əksəriyyəti yenidən normal həyata qayıdırlar, etdikləri əməldən peşmançılıq duyaraq artıq cəmiyyətin tam hüquqlu normal insanlarına çevrilirlər, cəmiyyətə inteqrasiya edirlər. Amma o ölkələrdəki belə addımlar atılmır, həmin dövlətlərdə cinayət cəzalarını çəkib azadlığa çıxan insanlar yenidən cinayət törədirlər".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31