Rüstəm İbrahimbəyov xaricdəki məşhur söyüşçül qrupdan daha təhlükəlidir
29 May 2018 12:03 SiyasətBütün yaradıcılığı boyunca Azərbaycana qarşı nifrət hissi ilə yaşayan kinorejissor Rüstəm İbrahimbəyov yenə xalqına qarşı olan düşmən mövqeyi ilə gündəmdədir. Söhbət kinorejissorun bir neçə il əvvəl Cənubi Qafqazın 3 ölkəsi ilə bağlı çəkdiyi "Qafqaz üçlüyü" filmindən gedir. Filmdə Azərbaycan xalqını açıq-aşkar aşağılayan İbrahimbəyov həmçinin ermənilərdən məzlum, yazıq obrazı yaratmağa çalışıb.
Azərbaycanın çörəyini yeyib, onun fəxri adlarını, titullarını daşıyan Rüstəm İbrahimbəyovun bu addımı haqlı olaraq cəmiyyətin bütün təbəqələri tərəfindən etirazla qarşılanıb və kinorejissora qarşı kəskin münasibət sərgilənib. Millət vəkili Adil Əliyev də kinorejissor Rüstəm İbrahimbəyovun bu addımını tənqid edib və onun antiAzərbaycan mövqeyi tutduğunu vurğlayıb: "Rüstəm İbrahimbəyovun ssenari müəllifi olduğu "Qafqaz üçlüyü" filmini izləmək məcburiyyətində qaldım. Və belə qərara gəldim ki, hələ Rüstəm İbrahimbəyov haqqında az tənqid deyilib və az tənqid yazılıb. Filmin bir neçə yerində millətimiz rəsmən aşağılanıb, qəddar göstərilib, bunun əvəzinə ermənilər müsbət obrazda verilib. Bunu başqa antimillətin ssenaristi qələmə alsaydı, deyərdik ki, bizdən birisi deyil, ermənilərə rəğbəti var və ya erməni lobbisinin pulu ilə filmi çəkib. Bu işin başında özünü azərbaycanlı adlandıran birisinin dayanmasınin isə bir adı var/ Satqınlıq və xəyanət. Ona görə, mən də Rüstəm İbrahimbəyovun keçmişdə aldığı bütün titullardan məhrum edilməsi fikrinə şərikəm. Öz millətini aşağılayan Azərbaycanın xalq yazıçısı ola bilməz. O illərlə bu titullardan və fəxri adlardan öz məqsədləri üçün istifadə etdi, varidat topladı, tanındı və indi də əldə etdiyi imkanlardan bizə qarşı istifadə edir". Millət vəkili deyib ki, Rüstəm İbrahimbəyovu şəxsi incikliyi satqınlığa və xəyanətə sürüklədi: "Adamın çoxsaylı mülklərindən və torpaq sahələrindən biri qanunla əlindən alındıqda rəsmən müxalifətə keçdi. Hakimiyyətə müxalif olanlarla işimiz yoxdur, ancaq dövlətə və millətə müxalifliyin bir adı var. Yenə də satqınlıq və xəyanət. Mənim mübarizəm məhz belələri ilədir. Elə getdiyim xarici ölkələrdə də soydaşlarım arasında bir-iki satqına rast gəldikdə onlara nifrətimi açıq ifadə edirəm. Belələri ilə mübarizəm bundan sonra da davam edəcək. Rüstəm İbrahimbəyov xaricdəki məşhur söyüşçül qrupdan daha təhlükəlidir. Çünki həmin söyüşçül qrup sosial şəbəklərlə dövlətini, millətini və prezidentini təhqir edərkən onları özləri kimiləri izləyir, sığınacaq tapdığı ölkələrdə onlar kimsəyə lazım deyil, tanıyan da yoxdur. Bu qrupdan fərqli olaraq Rüstəm İbrahimbəyov tanınmış ssenaristdir, kino sənətində filmləri izlənir və sayları da çoxdur. Demək belə birisinin dövlətə və millətə satqınlığı bizə daha böyük zərbədir". Adil Əliyev deyib ki, 2015-ci ildə çəkilən filmin 3 il ərzində yayınlandığı bir başqa mövzudur: "Azərbaycanın mədəniyyət və kino sahəsinə cavabdeh olan dövlət qurumları hara baxıblar, nədən bu iyrənc filmə qarşı ilk gündən etirazlarını bildirməyiblər? Heç olmazsa bu iyrənc filmə cavab olaraq siz də xalqımız haqqında olanı göstərən keyfiyyətli film ərsəyə gətirin, yuxarıdan tapşırıq gözləməyin. Rüstəm İbrahimbəyov məhz sizin də zəifliyinizdən istifadə edərək dövlətimizə və millətimizə zərbə endirir. Sizin maliyyələşdirəcəyiniz və yüksək peşəkarlıqla hazırlayacağınız film təxribabatçıya və xəyanətkara layiqli cavab olar. Yetər ki, hərəkət edin". Millət vəkili radikal müxalif düşərgəni də İbrahimbəyovun antiAzərbaycan mövqeyinə münasibət bildirməməsinə görə tənqid edib: "Radikal müxalifətə də sözüm var. Həmin müxalifət çox çək-çevirdən sonra 2013-cü il prezident seçkisində Rüstəm İbrahimbəyovun prezidentiyə namizədliyini bəh-bəhlə irəli sürərək onu dəstəkdi. Elə o zaman yazdım və bildirdim ki, başqa ölkənin vətəndaşını necə prezidentliyə namizəd göstərirsiniz? Bəs harda qaldı sizin dövlətə və millətə bağlılığınız, necə oldu ki, işğalçıya dəstək verən dövlətin vətəndaşını dəstəklədiniz? Elə dəstək verdikləri şəxs də onlara arxasını çevirdi, qorxusundan vətənə qayıtmadı və bununla radikal müxalifəti pis vəziyyətdə qoydu. İndi isə həmin müxalifətdən "tık" səs də çıxmır. Nə deyəcəklərini bilmirlər, susmaq razılıq əlamətidir, demək siz susduqca İbrahimbəyovun xəyanətinə şərik olduğunuzu nümayiş etdirirsiniz. Bunun başqa adı yoxdur. İbrahimbəyov hətta qorxusundan qardaşının yas mərasiminə də gəlmədi, o vətəni və milləti ilə bütün ipləri qoparmış vəziyyətdədir. O xəyanət yolu seçibsə, biz niyə onunla ipləri qoparmamalıyıq. Düşmənimiz hiyləgərdir. Ona görə də xəyanətkarlara və satqınlara aramızda yer olmamalıdır".
Füzuli