"Gürcüstanın daxilində ermənilərin iştirak payı kəskin şəkildə arta bilər" - Mübariz Əhmədoğlu
29 May 2018 11:28 SiyasətCml
Gürcüstanın daxilində ermənilərin iştirak payı kəskin şəkildə arta
bilər- Mübariz Əhmədoğlu
"Rusiya və Gürcüstanayrı-ayrılıqda İsveçrə ilə mal və yüklərin gömrük
administrasiyası vəmonitorinqi mexanizmləri barədə müqavilə
imzaladılar. Gürcüstan tərəfinin bumüqaviləyə verdiyi ad xüsusi diqqət
çəkir: "Gürcüstana və Ermənistana ticarətyollarının açılması". Rəsmi
Tbilisinin indiki təmsilçilərinin ErmənistanıGürcüstana təxminən
bərabər tutması Azərbaycanda diqqətdən yayına da bilməzdi".
Bunu politoloq Mübariz Əhmədoğlu deyib: "Cənubi
Qafqaz regionu 3 dövlətlidir. Azərbaycanın bütün sahələr üzrə
birinciyerdə olması şəksizdir. İkinci yer uğrunda isə kəskin mübarizə
gedir. Məhz Gürcüstanın hesabına Ermənistan ikinci yerdədir.
Azərbaycan, Türkiyə və Qərbin Gürcüstanın bütün ehtiyaclarını ödəməsinə
baxmayaraq Gürcüstanın xarici borcuÜDM-in 120 faizi miqdarındadır.
Siyasəti qavraması düzgün olmayan rəsmilərdən başqa nəticə gözləmək
düzgün deyil. ABŞ-dakı erməni konqresmenləri Cavaxetiyaermənilərini
çoxdan müstəqil tərəf kimi təqdim edirlər. "Minilliyin
Çağırışı Proqramının" ilk layihələrində ABŞ-dan Cavaxetiya regionu üçün
ayrılan vəsait ayrıca qrafa ilə göstərildi. Hətta ABŞ Gürcüstanın
Cavaxetiya regionuna ayrılanvəsaiti Ermənistan bölməsinə daxil etmək
istəyirdi. Cavaxetiya regionuna maliyyə vəsaiti ümumilikdə Gürcüstana
ayrılan maliyyə vəsaitinə bərabər idi. Son vaxtlarda ABŞ konqresmenləri
bir neçə dəfə Cavaxetiya regionu ilə işğal olunmuşDağlıq Qarabağı öz
bəyanatlarında eyniləşdirirlər.
Ermənistanın keçmiş prezidenti S.Sərkisyan Gürcüstana son səfəri zamanı
bu ölkəyə qarşı iki hədə səsləndirdi:
ı. Rusiyanın adından hərbimüdaxilə anonsunu verdi.
ıı. Cavaxetiyada erməniseparatizmini gücləndirəcəyi ilə təhdid etdi.
Bütün bu məsələlərə rəsmi Tbilisinin susmaqdan başqa mövqeyi olmayıb.
Eks-prezident M.Saakaşvilinin ABŞkonqresmenləri qarşısında acizliyini
başa düşmək olardı. Gürcüstanın ərazibütövlüyü uğrunda çalışan indiki
komandanın Gürcüstanın ərazi bütövlüyünə yenitəhdidə reaksiya
verməməsi isə başa düşülmür.
Rusiyadan Gürcüstan ərazisi vasitəsilə Ermənistana hərbi təyinatlı
məhsulların daşınıb-daşınmaması bizim bu şərhimizin mövzusu deyil.
Məsələ burasındadır ki, Rusiya ilə Ermənistan arasında ticarət yolunun
açılması ermənilərinbu ticarət yolunda olan infrastrukturlarda
iştirakını gücləndirəcək. Söhbət təkcə Cavaxetiya regionundan getmir.
RF-in istəyi ilə Gürcüstanın daxilində və onunseparatçı regionlarında
müxtəlif strukturların əməkdaşları milliyyətcə erməni olacaqdır. Bu,
ermənilərin Gürcüstanın ümumi həyatında iştirakını artıracaqdır.Bu isə
indiki dövrdə daha təhlükəlidir. Çünki Azərbaycan istənilən anda
DağlıqQarabağ problemini həll edə bilər. Azərbaycan Ermənistanın
daxilində siyasi institutların formalaşması prosesinin başa çatmasını
gözləyir. ATƏT MQ ilə songörüşdən belə nəticə alınır. Ermənistanın
yeni hökumətinin Dağlıq Qarabağ tənzimlənməsindəimitasiya resursları
minimaldır. Ermənistan isə xəstə millətçiliyindən əl
çəkməyib. Beləliklə, ermənilərin Gürcüstanın ictimai-siyasi və
beynəlxalq həyatında iştirakının artması Gürcüstanda yeni separatizm
ocağını vəd verir. Yada salaq ki, SSRİ-ni dağıtmaq üçün ermənilər
separatizm ocağı yaratmaq tapşırığı almışdılar. İlk olaraq ermənilərin
seçimi Cavaxetiya regionu oldu. Sonradan Qərbdəbəzi dairələrin təsiri
ilə xristian faktorunu nəzərə alaraq Cavaxetiya məsələsini Dağlıq
Qarabağ məsələsi ilə əvəzlədilər.
Ermənilərin Gürcüstanın daxilində iştirakının artması rəsmi Tbilisini
indiki təmsilçilərinin xeyir-duası ilə baş verir. Ona görə ermənilər
üçün separatizm ocağı yaratmaq və qarşılarına qoyduğu məqsədə çatmaq o
qədər də çətin olmayacaq".