ATƏT-in daimi nümayəndələri Cənubi Qafqaza səfər edəcək

Yaxın zamanlarda ATƏT ölkələrinin daimi nümayəndələrindən ibarət nümayəndə heyətlərinin Cənubi Qafqaz regionuna səfəri gözlənilir. Bu barədə Azərbaycanın ATƏT-dəki səfiri Qalib İsrafilov "Twitter" hesabında yazıb.

Yaxın zamanlarda ATƏT ölkələrinin daimi nümayəndələrindən ibarət nümayəndə heyətlərinin Cənubi Qafqaz regionuna səfəri gözlənilir.

Bu barədə Azərbaycanın ATƏT-dəki səfiri Qalib İsrafilov "Twitter" hesabında yazıb.

Onun sözlərinə görə, Azərbaycan, Ermənistan və Gürcüstana bir sıra ölkələrin ATƏT-dəki, təxminən, 30 daimi nümayəndəsi səfər edəcək. Q.İsrafilov eyni zamanda vurğulayıb ki, Ermənistan onun Yerevana səfər edəcək nümayəndə heyətində iştirakına qarşı çıxır.

Səfər zamanı nümayəndə heyəti region ölkələrindəki mövcud vəziyyətlə tanış olacaq.

Report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31