Oqtay Əsədov Gürcüstana səfər edəcək

Milli Məclisin Sədri Oqtay Əsədov Gürcüstan ilk Demokratik Respublikasının 100 illiyi ilə əlaqədar tədbirlərdə iştirak etmək üçün mayın 26-da bu ölkənin paytaxtı Tbilisi şəhərində səfərdə olacaq.

Milli Məclisin Sədri Oqtay Əsədov Gürcüstan ilk Demokratik Respublikasının 100 illiyi ilə əlaqədar tədbirlərdə iştirak etmək üçün mayın 26-da bu ölkənin paytaxtı Tbilisi şəhərində səfərdə olacaq.

MM-dən "Olaylar"a verilən məlumata görə, tədbirin açılış mərasiminə Gürcüstanın Prezidenti, Baş naziri, parlamentin sədri, yubileyə dəvət olunmuş dövlət və hökumət başçıları  qatılacaqlar. Gürcüstan parlamentində keçiriləcək "İnkişaf üçün əməkdaşlıq: gələcək 100 il üçün strategiya" mövzusunda dəyirmi masada Milli Məclisin Sədri Oqtay Əsədov çıxış edəcək. Səfər çərçivəsində parlament Sədrinin tədbirdə iştirak edən nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31