İbrahimbəyova sual
25 May 2018 15:12 SiyasətErməni hansı qucaqdan boylanmaqla cəsur olub?
Kinorejissor Rüstəm İbrahimbəyovun ssenari müəllifi olduğu "Qafqaz üçlüyü" filmi bu günlər geniş müzakirə predmetinə çevrilib. Azərbaycan xalqını aşağılamaq, alçaltmaq məqsədi daşıyan bu film və onun ssenari müəllifi olan İbrahimbəyov haqlı olaraq kəskin tənqid edilir. Ümumiyyətlə, İbrahimbəyovun yaradıcılığına fikir versək, aydın şəkildə görərik ki, onun bütün yaradıcılığında birbaşa Azərbaycan hədəf alınıb, dolayı və açıq yolla Azərbaycanı aşağılamağı yaradıcılığının əsas istiqaməti təşkil edib. 2013-cü ildən isə İbrahimbəyovun Azərbaycana, Azərbaycan xalqına qarşı olan nifrət hissi isə daha da artıb. Kinorejissorun Azərbaycan xalqına qarşı sanki düşmən mövqedən çıxış etməsi kimliyindən asılı olmayaraq hər kəsi narahat edir.
İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay da Rüstəm İbrahimbəyovun sözügedən filmini tənqid edib, ona öz kəskin iradını bildirib. Bildirib ki, İbrahimbəyovun sadə erməniləri günahsız, məzlum kimi tənqid edtməsi doğru yanaşma deyil: "Siz görmūrsūnūzmū, bu düşmənçiliyi yaradan erməni tərəfidir? Daim qarşıdurmanı eskalasiya edən, cəmi 5 rayonluq Daglıq Qsrabagı mūbahisələndirməsi ilə 7 ətraf rayonu insafsızcasına işgal-zəbt edib, 1 milyon camaati didərgin salan və s. ermənilər deyilmi? Barışdırıcı missiya yaxşıdır. Amma ki, ilk öncə kimlər, hansı qucaq-qūvvələr hesabına hoppanıb qarşı tərəfin boynunda oturmuşa bir demək lazımdır ki, a bala dūş aşagı, imkan ver ki, sizi barışdıraq". İlqar Altay deyib ki, Azərbaycan tūrkū nə qədər bölūnmūş və bu gūn hər tərəfdən sıxılmış olsa belə, böyūk tūrk millətinin bir kiçik qoludur: "Milli qol isə agac budagı deyil, onu gövdədən kəsib atmaq mūmkūnsūzdūr. Bu halda, bilgili insan kimi tarixi vərəqləyib dūşūnūn. Sakit okeanla Atlantik okean arası Avro-Asiya-Afrika məkani boyunca bu son neçə minillikdə tūrklər qədər cəsur, qoçaq, vuruşqan, hər iqlim-şəraitə dözūmlū və möhkəm hansı digər millət mūşahidə edilib? Atlllanın Qədim Romanı diz çökdūrməsindən tutmuş Çin, Hindistan, Ərəb, Qədim Rus kimi, bölgədəki hansı özūndən razı imperiyalar dayanıb tūrkūn qarşısında? Millət isə, bu gūn varsa, ölməyib və kökū kəsilməyib sūrətli artımdadırsa onun bu dəfəki möhtəşəm inkişafı mūasir intellekt istiqamətli də olacaq, heç kim narahat olmasın. Zəhmətkeş, qoçaq, bacarıqlı millət hər şeyi bacaracaq.. Indi baxın, siz kimi qorxaq, kimi cəsur obrazda təsvir etmisiz filminizdə? Nə vaxt və hansı qucaqdan boylanmaqla həmin erməni cəsur olub, tūrk oglu qorxaq? Siz bilirsinizmi, İspaniya Kataloniyası kimi Daglıq Qarabagda da separat dagıdıcı təzahūrlərin yatırılması ūçūn nə dūnya tūrkū, nə Tūrkiyə, nə 35 milyon Gūney tūrkləri, nə də heç 10 milyon Quzey Azərbaycan lazım deyildi. Bu iş ūçūn bir tək Agdam rayonu ogul-camaatı bəs idi.. Əgər, bədxah qonşular və dūnya gūcləri birlikdə planlı calışıb Azərbaycanı daxildən silkələyib çaşdırıb Ermənistanı qat-qat gūcləndirməsəydilər.
Rūstəm mūəllim, bir qədər də diqqət edin, dərindən yanaşın azərbaycanlıların qorxu ya cəsur mental xūsusiyyəti məsələsinə. Və nəhayət yazıb-yaratdıqlarıınızda axı, hər dəfə hakimiyyətdən çox xalq hədəfə götūrūlūr, onun milli mentaliteti aşağılanır. Buna da diqqət edin bir zəhmət".
İlqar Altay Rüstım İbrahimbəyovun film barədə artan narazılıqlardan sonra özünə bəraət qazandırmaq cəhdlərinə də toxunub: "Rüstəm İbrahimbəyov iddia edir ki, onun yaradıcılıq həyatı belə alınıb ki, ssenarisi əsasında çəkilmiş ilk film Azərbaycan xalqına böhtan elan edilib, geniş tamaşaçı kütləsi tərəfindən təqdir olunması üçün illər tələb olunub... və digər nəsr və kino-teatr əsərlərim də ciddi tənqidə məruz qoyulub, qabaqcıl tarixçiləri tərəfindən hamılıqla pislənib. Mən də o zaman kinorejissora sual edirəm. Bir istedadlı vətən yaradıcı-ziyalısı kimi olmazmı, çətindirmi elə yazasınız ki, xalqın ən çətin anında yəni, zamanında başa dūşūləsiz, xalqa yerində dərdinə dərman olasız? Əksinə qıcıqlayıb, məyus edib dərdi ūstūnə duz səpməyəsiniz. Hakimiyyət xalq deyil. Siz birbaşa hakimiyyəti, hakimiyyət liderlərini cūrət tapıb tənqid edin. Xalqı yox".
Süleyman