Deputat: “Loru dilin qanunvericilikdə nə işi var?”
25 May 2018 15:08 Siyasət"Kobud ehtiyatsızlıq" nə deməkdir?"
"Olaylar" xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsi ilə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin mayın 25-də keçirilən birgə iclasında millət vəkili Rafael Cəbrayılov deyib. Deputat qeyd edib ki, qanunvercilikdə "qəsdən" və "ehtiyatsızlıq" məfhumları var: "Qəsdən" məfhumu da iki mənada işlənilir. Amma "kobud ehtiyatsızlıq" nə deməkdir? Bunu haradan tapıb gətirib bura daxil ediblər? Əgər qanunvericilikdə bu məfhum olacaqsa, onda "ehtiyatsızlıq"la "kobud ehtiyatsızlıq" da bir-birindən fərqləndirilməlidir. Ümumiyyətlə, loru dilin qanunvericilikdə nə işi var? Məsələn, elə "ağlabatan" sözünü götürək... "Ağlabatan" hara, qanunvericilik hara? Hesab edirəm ki, qanunlarımızın dili loru dildə olmamalıdır, sırf qanun dilində olmalıdır".