Fransanın xarici işlər naziri Bakıya səfər edəcək
25 May 2018 15:03 SiyasətFransanın xarici işlər naziri Jan-İv Lö Drian 27 may tarixində Azərbaycana səfər edəcək.
Bu barədə "Olaylar"a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, səfər çərçivəsində xarici işlər naziri Jan-İv Lö Drianın xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub. Görüşdən sonra Azərbaycan və Fransa xarici işlər nazirlərinin birgə mətbuat konfransı nəzərdə tutulur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31