Deputatlarımız NATO PA-nın yaz sessiyasına qatılıblar

Mayın 25-də Polşanın Varşava şəhərində NATO Parlament Assambleyasının yaz sessiyası öz işinə başlayıb. Sessiyada Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Kamran Bayramov iştirak edir.

Mayın 25-də Polşanın Varşava şəhərində NATO Parlament Assambleyasının yaz sessiyası öz işinə başlayıb.  Sessiyada Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Kamran Bayramov iştirak edir.

Milli Məclisdən "Olaylar"a verilən məlumata görə, sessiyanın komitə iclaslarında Qara dəniz bölgəsində demokratiya və insan hüquqlarının təşviqi, NATO-nun Şərqdə qarşıalma siyasətinin gücləndirilməsi, Müasir təhlükəsizlik mühitində xüsusi əməliyyat qüvvələrinin rolu, Əfqanıstanda yerli və regional təhlükəsizliyin qarşılıqlı əlaqəsi, Kosmik sənayenin gələcəyi, Mərkəzi və Şərqi Avropada enerji təhlükəsizliyi və digər mövzular müzakirə olunacaq.  NATO Parlament Assambleyasının yaz sessiyası mayın 29-da başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31