Şimali Koreya Trampın Kim Çen Inla görüşdən imtina etməsinə reaksiya verib
25 May 2018 06:46 SiyasətRəsmi Pxenyan, Vaşinqtonun ikitərəfli sammiti ləğv etməsinə baxmayaraq, ABŞ-la danışıqların aparılmasında hələ də maraqlıdır.APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə KXDR XİN rəhbərinin müavini Kim Ke Qvanın bəyanatında bildirilir.Bəyanatda həmçinin qeyd olunur ki, ABŞ prezidenti Donald Trampın sammitin ləğv edilməsinə dair qərarı beynəlxalq ictimaiyyətin istəyinə ziddir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31