“Ucuz şöhrət, marginal maraqlar naminə xalqından üz çevirən “ziyalı”

Xanoğlan Əhmədov: “Rüstəm İbrahimbəyovun nankorluğu haqlı olaraq ciddi ictimai qınağa səbəb olub”

Xanoğlan Əhmədov: "Rüstəm İbrahimbəyovun nankorluğu haqlı olaraq ciddi ictimai qınağa səbəb olub"

"Rüstəm İbrahimbəyovun filmindən qısa fraqmentlərə baxmışam. Onun azərbaycanlı kinorejissor kimi  öz millətini aşağılayan, təhqir edən bir film çəkməsi çox utancvericidir". Bunu "Olaylar"a deyən Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri, İlkxeber.org saytının baş redaktoru Xanoğlan Əhmədovun sözlərinə görə, Rüstəm İbrahimbəyov  yazıçı, nasir, dramaturq, ssenarist, prodüser və kinorejissor, xalq yazıçısı və s. kimi titulları Azərbaycanda əldə edib: "Onun bu nankorluğu haqlı olaraq çox ciddi ictimai qınağa səbəb olub. Ucuz şöhrət, marginal maraqlar naminə xalqından üz çevirən ziyalını kimlərinsə müdafiə edəcəyinə inanmıram. Milli Şuranın sədri və vahid namizədi kimi Azərbaycanı idarə etmək iddiasına düşən Rüstəm İbrahimbəyovun bu gün belə yaramaz, düşük ssenarilərlə gündəmə gəlməsi ona heç bir başucalığı gətirməyəcək. Əksinə, bu hərəkəti ümumxalq nifrətini qazanmış oldu".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31