Cahangir Məmmədli: “İnsan dövlətinə xəyanət edərmi?”

Rüstəm İbrahimbəyovun "Qafqaz üçlüyü" filmi cəmiyyətdə geniş rezanas doğurdu.Olaylar.az filmlə bağlı Bakı Dövlət Universitetinin jurnalistika fakültəsi dekanı, professor Cahangir Məmmədlinin fikirlərini öyrənib.

"Fransız yazıçılarından biri Nobel mükafatına layiq görülmüşdü. Amma o mükafatdan imtina etdi və onun təqdimat mərasimində iştirak etmədi. Səbəb isə onu bildirdi ki, bu mükafat iki böyük şərtlə təqdim edilir: Birincisi, Nobel mükafatı Qərb ölkələrinin sənətkarklarına sənətlərinə görə, Şərq ölkələrində isə öz xalqına şər atanlara verilir. Ona görə də həmin yazıçı Nobel mükafatını təqdim edənləri obyektiv hesab etmədi və imtina etdi.

"Bizim" o yazıçılar da bəzən elə bilirlər ki, öz xalqına, millətinə şər ataraq Nobel mükafatı almaq olar. Amma bu heç vaxt olmayacaq".

"Mən o qədər təəssüf hissi keçirirəm ki, insan millətinə, dövlətinə, xalqına bu qədər xəyanət edərmi? Bunun qədəri yoxdur. Sənətkarın estetik ideya  deyilən anlayış var. O estetik ideya ancaq və ancaq insanı, xalqı, oxucunu yaxşılığa çəkməlidi. Gözəlliyə cəlb eləməlidi. Bunun estetik ideyası insanı aşağılayan ideyadı. Ona görə o ideya heç vaxt qəbul oluna bilməz".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31