Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində asılan Dövlət bayrağı hökumətə təqdim olunub
24 May 2018 13:05 SiyasətAzərbaycan Xalq Cümhuriyyəti Parlamentində asılan Dövlət bayrağı mayın 25-də Nazirlər Kabinetində Baş nazir Novruz Məmmədova təqdim olunub.
Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Baş nazir Novruz Məmmədov Dövlət bayrağının Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunduğu ərəfədə Türkiyədən doğma Vətənə - Azərbaycana gətirilməsini tarixi hadisə adlandırıb.
Yazıçı-tədqiqatçı, sosiologiya elmləri doktoru, İstanbul Universitetinin doktorantı Əfqan Vəliyev Azərbaycan Xalq Cümhuriyyəti parlamentində asılan Dövlət bayrağını və həmin dövrə aid bir çox arxiv materiallarını - əlyazma məktubları, tarixi sənədləri, xəritələri Baş nazirə təqdim edib.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31