“Niyə bizim bəzi yazıçılarımız öz xalqına qarşı nifrət, kin bəsləyir?”
24 May 2018 12:35 Siyasət"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid Rüstəm İbrahimbəyovun "Qafqaz üçlüyü" filmində azərbaycanlıların təhqir olunmasına münasibət bildirib. Olaylar. az Rəşad Məcidin fikirlərini olduğu kimi təqdim edir: "Mən bir məsələni anlaya bilmirəm. Niyə bizim bəzi yazıçılarımız öz xalqına qarşı nifrət, kin bəsləyir? Bu hiss bunların içindənmi gəlir, ya nəyəsə hesablanır?
Dünya ədəbiyyatının məşhur yazarlarından olan Xalid Hüseyni əfqan xalqının başına gətirilən müsibətləri, onlara qarşı törədilənləri elə gözəl, sevgidolu təsvir edir ki...
Amma bizim yazıçılarımız nədənsə bu üsuldan istifadə edib, xalqımızın başına gətirilənləri dünyaya çatdırmaq istəmir. Təbii ki, xalqımız da onların bu cür hərəkətlərinə kəskin reaksiya verir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31