Ermənistanın yeni təhsil naziri rus dilinə qarşı çıxış edib
24 May 2018 12:07 SiyasətErmənistanın Təhsil və elm naziri Araik Arutunyan "Facebook"da canlı yayımda ölkə vətəndaşlarını elektron poçtlarını operativlilik dərəcəsinə uyğun surətdəvə yalnız erməni dilində göndərməyə çağırıb.Musavat.com xəbər verir ki, bununla bağlı "Sputnik Armeniya" saytında müvafiq məlumat yayılıb."Kiril, latın hər nə zibilsə, bu hərflərlə yazılan heç bir məktub nəzərə alınmayacaq. Gəlin məktublarımızı yalnız erməni dilində və əhəmiyyətlilik qaydasına uyğun olaraq göndərək", erməni nazir deyib.Nazir ölkə vətəndaşlarını operativ olmadığı və ya heç bir əhəmiyyət daşımadığı təqdirdə 4-5 gün ərzində məktub yazmamağa çağırıb.Bundan başqa Araik Arutunyan əhalini hind seriallarına baxmaq, sosial şəbəkələrdə oturub qalmaq əvəzinə özünütəhsill məşğul olmağa dəvət edib.Araik Arutunyan Ermənistanın yeni prezidenti Armen Sərkisyanın sərəncamı ilə bu ilin mayın 11-də təhsil naziri vəzifəsinə təyin edilib. Bundan daha öncə o İrəvan bələdiyyə şurasının üzvü olub.