“Rüstəm İbrahimbəyovun bütün titulları əlindən alınmalıdır”

“Rüstəm İbrahimbəyovun bu hərəkəti nəinki narahatçılıq, hətta hiddət yaradan addımdır. Azərbaycanın çörəyini yemiş, Ulu öndər Heydər Əliyevin sayəsində yüksək titullara sahib olmuş, yüksək mərtəbələrə çatmış, prezident İlham Əliyevin göstərdiyi diqqət nəticəsində dünyada tanınan şəxsə çevrilmiş adamdan, xüsusən azırbaycanlı soyadını daşıyan birisindən belə bir addım gözləmək doğrudan da insanda qəzəb yaradır”.

"Rüstəm İbrahimbəyovun bu hərəkəti nəinki narahatçılıq, hətta hiddət yaradan addımdır. Azərbaycanın çörəyini yemiş, Ulu öndər Heydər Əliyevin sayəsində yüksək titullara sahib olmuş, yüksək mərtəbələrə çatmış, prezident İlham Əliyevin göstərdiyi diqqət nəticəsində dünyada tanınan şəxsə çevrilmiş adamdan, xüsusən azırbaycanlı soyadını daşıyan birisindən belə bir addım gözləmək doğrudan da insanda qəzəb yaradır".

Bunu deyən Yurddaş Partiyasının sədri Mais Səfərlinin sözlərinə görə,  Rüstəm İbrahimbəyovun milli mənsubiyyətinin araşdırılmasına ehtiyac var: "Çox güman ki, o, maraqlı dairələrin sifarişi ilə belə işlər görür. Nə olursa olsun, Azərbaycan xalqını alçaldan şəxsə azərbaycanlı demək olmaz. Hesab edirəm ki, bu şəxsin Azərbaycan xalqı ilə, Azərbaycan adı ilə, Azərbaycan ziyalısı adı ilə heş bir bağlılığı yoxdur. Odur ki, Rüstəm İbrahimbəyovun bu hərəkətini qınayıram, bunu Azərbaycan xalqına qarşı təhqir hesab edirəm. Bu fakt bir daha göstərir ki, Rüstəm İbrahimbəyovun Azərbaycan xalqına heç bir aidiyatı yoxdur. Azərbaycanda ona verilmiş bütün titullar əlindən alınmalıdır". M.Səfərli əlavə edib ki, vaxtilə cəmiyyət Əkrəm Əylisliyə qarşı böyük təpki göstərdi, nəticədə o hörmətsiz bir insana çevrildi: "Rüstəm İbrahimbəyova qarşı da cəmiyyətdə eyni münasibət formalaşmalıdır. Düşünürəm ki, hər bir azərbaycanlı, hər bir ziyalı bu məsələdə öz mövqeyini ortaya qoymalıdır".   

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31