Satqınlıq və xəyanət üzərində qurulmuş həyat tərzi
Rüstəm İbrahimbəyov daim Azərbaycan xalqının ləkələməyi özünə peşə seçib
23 May 2018 17:31 SiyasətRüstəm İbrahimbəyov daim Azərbaycan xalqını ləkələməyi özünə peşə seçib
Zaman-zaman icərimizdən çıxmış, Azərbaycanın çörəyini yeyən, suyunu icən "ziyalılarımız" ın öz dövlət və millətinə qənim kəsildiyinin şahidi olmuşuq. Ən qəribəsi də odur ki, düşüncə tərzləri tamamilə millətin çöküşünə hesablanmış belə adamlar attdıqları addımların fərqinə varmadan özlərinə haqq qazandırmağa çalışırlar. Bir çox hallarda isə millətiin adından danışır, guya "millətsevər" olduqlarını çəkinmədən, usanmadan təbliğ edirlər. Bir müddət öncə Əkrəm Əylislinin "Daş yuxuları", indi isə Rüstəm İbrahimbəyovun "Qafqaz üçlüyü" filmi. Eyni ssenari, eyni düşüncə tərzi. Görəsən, nədən canı, qanı özümüzdən olan "ziyalı"larımız özümüzə düşmən kəsilir, qanımıza susayırlar? Başqa xalqlara, millətlərə, dinlərə daim yüksək tolerantlığı ilə seçilən Azərbaycan xalqı təəssüf ki, əksər hallarda buna qeyri-adekvat münasibətlə üzləşir.
Məlumat üçün qeyd edək ki, rejissoru Eldar Şengelaya, Fuad İbrahimbəyov, ssenari müəllifi Rüstəm İbrahimbəyov olan "Qafqaz üçlüyü" filminin mahiyyəti bütövlükdə millətimizin aşağılanmasına hesablanıb. 2015-ci ildə çəkilmiş "Qafqaz üçlüyü" filmində Azərbaycan xalqı vəhşi, qəddar, riyakar, mədəniyyətsiz, milli kökləri olmayan obrazda, ermənilər isə ailicənab, sülhsevər, "vəhşi türkün qurbanı" kimi təqdim olunurlar. Məsələnin ən dəhşətli tərəfi ondan ibarətdir ki, filmin ssenari müəllifi Milli Şura adlı qurumun yaradıcısı və hazırda onun fəxri sədri olan Rüstəm İbrahimbəyovdur. Yeri gəlmişkən qeyd edək ki, filmin millətimizi aşağılayan tərəfləri və detalları barədə məşhur kinorejissor Ayaz Salayev ciddi bir təhlil yazıb.
Bir vətəndaş olaraq məni ağrıdan odur ki, nədən Azərbaycanı təmsil edən "məhşurlarımız" öz millətini aşağılayır, yeri gəldi-gəlmədi təhqir edir, millətin vəhşi obrazını yaradırlar? Dünyaca məhşur şəxslərin iç üçünü açıq göstərdiyi erməniləri ziyalı, məzlum, "inriligent" kimi təqdim etməyə nə ad vermək olar? Əslində bu fərqli yanaşma özlüyündə bütün qara niyyətləri ortaya qoymuş olur. Nə qədər milli hissi, milli özünüdərki itirəsən ki, öz millətini aşağılayıb vəhşi, düşmən millətidən qəhrəman obrazı yaradasan. Nəzərə almaq lazımdır ki, belə "kinoqəhrəmanlar", ədəbi obrazlar dünya ictimaiyyətində millətin kimliyi barədə fikir formalaşdırır. Əgər özümüz öz millətimiz barədə mənfi obraz formalaşdırırıqsa, onda bizə erməni kimi düşmən lazım deyil. Xatırladaq ki, azərbaycanlılar vəhşi xalq yox, tolerant, multuikulturalizmi həyat tərzinə çevirən millətdir.
Məlumdur ki, heç bir yaradıcı insanın üzərinə millətini aşağılamaq, təhqir etmək vəzifəsi qoyulmur. Yaradıcı insan ya milli mənsubiyyətini dananda, ya ad maddi təzminat müqabilində millətini satmaq niyyətinə düşür. Düzdür, dünyanın ən məhşur tanınmışlarının ərsəyə gətirdikləri əsərlərində qərəzli münasibətə, plagiatlığa, lap elə ermənilər kimi oğurluq hallarına rast gəlmək mümkündür. Ancaq təsəvvür etmək çətindir ki, həmin məhşurlar özlərini "ədalət carçısı" qiyafəsində təqdim etməkdən ötrü millətini bu dərəcədə aşağılasın. Qeyri-millətlərin yaradıcı insanlarının azərbaycanlıların yüksək insani keyfiyyəti, mərdliyi, kişiliyi, heç bir millətə xas omayan qeyrət və namusu barədə ağızdolisi danışdığı, əsərlərində əks etdirdiyi halda "sapı özümüzdən olan baltalar" kökündən vuraraq millətimiz barədə mənfi obraz yaradırlar. Elə təsəvvür yaratmağa çalışırlar ki, guya Ermənistan-Azərbaycan münaqişəsinin kökündə azərbaycanlıların ermənilərə qarşı qəddar mövqeyi dayanır. Azərbaycanın ötən əsrdə ermənilər tərəfindən ərazisinin işğalı, kütləvi şəkildə qırğınlara, deportasiyaya, hətta soyqırımı kimi cinayətə məruz qalması kifayət qədər ciddi faktlarla, dəlillərlə sübut olunur. Əlbəttə, kimlərsə bu gün özünü korluğa qoyub əsrin əvvəllərində üzləşdiyimiz faciələrə skeptik yanaşmaq niyyətinə düşə bilər. Ancaq bu faktları Rütəm İbrahimbəyovlar kimi milli satqınlar görməsə də dünya ictimaiyyəti məsələdən halidir.
Özünü "ziyalı", "kinorejissor" adlandıran Rütəm İbrahimbəyov daim Azərbaycan xalqının ləkəməyi özünə peşə seçib. Nə qədər üzücü və gözlənilməz olsa da, onun avantürist xarakterinə bələd olanlar bu addımı da "sürpriz" kimi qarşılamırlar. Çünki bu şəxsin həyat fəaliyyətini kənardan müşahidə etmək belə kifayət edir ki, onun qeyri-ciddi, mənafeyindən uzağı görməyən, həqiqəti danmaq yolu ilə fərqlənmək, "psevdoqəhrəman" obrazı yaratmaq kimi xəstə təxəyyülün daşıyıcısı olduğunu görəsən. Öz milləti, dövləti, hətta siyasi əqidədaşları barədə mətbuatda daim kəskin hədyanlara, təhqirlərə məruz qoyan şəxsdən bundan artığını gözləmək sadəlövlük olardı. Adamın nankorluğu bir yana, hamının canlı şahidi olduğu hadisələri, faktları təhrif etməsi, ağa qara deməsi onun həyasızlığının da ifrat həddə çatdığını göstərir. Kiminsə millət, vətən təəssübkeşliyi, milli qürur hissi olmaya bilər. Amma vicdansızlıq elə bir keyfiyyətdir ki, həqiqəti həyasızcasına danmaq, milyonlarla insanın haqq bildiyini nahaq kimi qələmə vermək formasında təzahür edir. Son illərdəki ziddiyyətli, riyakar mövqeyi onun əsl şəxsiyyət və ziyalı məqamına heç zaman yetişə bilməyəcəyini, mənəviyyatda "piyada" olduğunu bir daha göstərir. Ən acınacaqlısı ondan ibarətdir ki, öz millətini "vəhşi" kimi təqdim edən Rüstəm İbarihimbəyov prezidentlik iddiasına, dövləti dövləti təmsil etmək istəyinə düşmüşdü. Belə milli satqınların dövlətin, millətin mənmafeyini satacağı heç kimdə şübhə yaratmamalıdır.
Zəka