Anar Bağırov: "İlin sonunda vəkillərin sayı 1500 nəfərə çatacaq"

"Azərbaycanda ilk dəfə olaraq vəkillərin sayı 1100 nəfəri ötüb".

Bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

O qeyd edib ki, hazırda Azərbaycanda 1128 nəfər vəkil fəaliyyət göstərir: "Vəkillər Kollegiyası bundan sonra da qəbul məsələsinə xüsusi diqqət yetirəcək. Ümid edirik ki, ilin sonuna kimi ölkədə vəkillərin sayı 1500 nəfərə çatacaq".

Apa

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31