Komitə sədri: “Vətəndaş nikahı fəsadlara gətirib çıxarır”

“Azərbaycanda ailə insititunun qorunması prioritet məsələlərdəndir. Tarixin hər bir mərhələsində ailə cəmiyyətin inkişafında mühüm rol oynayıb”. “Olaylar”ın məlumatına görə, bunu Milli Məclisdə “Azərbaycan ailə modeli: Müasirlik və dəyərlər” mövzusunda keçirilən dinləmədə parlamentin Ailə, qadın və uşaq komitəsinin sədri Aqiyə Naxçıvanlı deyib.

"Azərbaycanda ailə insititunun qorunması prioritet məsələlərdəndir. Tarixin hər bir mərhələsində ailə cəmiyyətin inkişafında mühüm rol oynayıb".

"Olaylar"ın məlumatına  görə, bunu Milli Məclisdə "Azərbaycan ailə modeli: Müasirlik və dəyərlər" mövzusunda keçirilən dinləmədə parlamentin Ailə, qadın və uşaq komitəsinin sədri Aqiyə Naxçıvanlı deyib.

O, qeyd edib ki, cəmiyyət həmişə ailənin möhkəm bünövrə əsasında formalaşmasına çalışmalıdır: "Vətəndaş nikahı fəsadlara gətirib çıxarır. Bunun səbəbi qanunvericiliyə əməl olunmamasıdır. Dini kəbinkəsmə hüquqi əhəmiyyətə malik deyil. Cəmiyyətdə sağlam təməl üzərində formalaşan ailələrin sayı azalmaqdadır. Konfliktli ailələrdəki uşaqlar zəif olurlar. Ailələrin dağılmasında artım müşahidə olunur. Bunun səbəbləri araşdırmalıdır. Mütəmadi aparılan maarifləndirmə işlərinə baxmayaraq, hələ də cəmiyyətdə erkən nikahlar problem olaraq alır. Erkən nikahlardan, məişət zorakılığından tutmuş doğuş zamanı ana və uşaq ölümü, boşanmalar və fiziki psixoloji çətinliklərə rast gəlinir. Burada eyni zamanda təhsildən yayınma halları da baş verir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31