"Azyaşlıya kəbin kəsməsinə görə cinayət məsuliyyətinə cəlb olunanlar var"

"Azərbaycanda din xadimlərinin azyaşlıya kəbin kəsməsi halları mövcuddur".

"Olaylar" xəbər verir ki, bunu Milli Məclisdə (MM) keçirilən ictimai müzakirələrdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib. G.İsmayılovun sözlərinə görə, belə faktlara görə cinayət məsuliyyətinə cəlb olunanlar da var: "Dini nikahla bağlı Qafqaz Müsəlmanları İdarəsi fətva verib. Amma gəlin görək buna əməl olunurmu? Təəssüf ki, yox. Bəzən rəsmi təyinat almayan din xadimi fəaliyyət göstərir, dini nikahla bağlı fətvaya əməl etmir. Belələri hətta azyaşlıya da kəbin kəsirlər"-deyə, o, sözlərinə əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31