Komitə sədri: “Çoxuşaqlı ailə məfhumu 5-dən 3-ə endirilsin”
Azərbaycanda çoxuşaqlı ailə məfhumunun 5-dən 3-ə endirilməsi təklif olunur.
23 May 2018 14:08 SiyasətAzərbaycanda çoxuşaqlı ailə məfhumunun 5-dən 3-ə endirilməsi təklif olunur.
"Olaylar" xəbər verir ki, bu təklifi Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli səsləndirib. Komitə sədri MM-dəki ictimai müzakirələrdə çıxışı zamanı qeyd edib ki, buna səbəb müasir dövrdə ailələrdə uşaq sayının kəskin azalmasıdır: "Hesab edirəm ki, Azərbaycanda əhalinin təbii artımı 1,2-1,3 olduğu üçün demoqrafik baxımdan problem yoxdur. Odur ki, nikaha girənlərə nikah rəsmiləşdirilməsindən əvvəl bir ay vaxt verilsin. Həmin bir ay müddətində gənclər üçün VVAQ şöbələrində kurslar təşkil edilsin və onlara ailənin necə olduğu, ailə dəyərləri başa salınsın. Biz nikah məsuliyyətini insanlara yenə də çatdırmalıyıq".