Zaxarova:"Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində fəal rol oynamaqda davam edəcək"
23 May 2018 14:01 Siyasət"Rusiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində fəal rol oynamaqda davam edəcək".
Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.
Rusiya XİN-in nümayəndəsi bildirib: "Rusiya həmişə bu məsələdə fəal rol oynayıb. Qəbul olunmuş və səmərəliliyi sınanmış üsullar vasitəsilə Dağlıq Qarabağ münaqişəsinin həllini yaxınlaşdırmaq arzumuz var. Biz çox aktiv rol oynamışıq və bunu tərəflərlə sıx əlaqədə davam etdirəcəyik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31