Xaricdə yaşayan soydaşlarımızın təşkilatlanmasında diaspor amili mühümdür
23 May 2018 13:18 SiyasətSon illərdə müsbət tendensiyanın müşahidə edildiyi sahələrdən biri də diaspor sahəsidir. Ötən illərdə Bakıda 3 dəfə Dünya Azərbaycanlılarının qurultaylarının keçirilməsi, diaspor həyatında əvəzsiz xidmətləri olan şəxslərin dövlət tərəfindən təltif olunması bu sahədə çalışan həmvətənlərimizdə bir stimul, həvəs yaratmaqla yanaşı, dövlətin onların arxasında dayandığı əminliyini də formalaşdırıb. Məhz qeyd etdiyimiz amillər diaspor sahəsində çalışan soydaşlarımızı daha məhsuldar və aktiv fəaliyyətə istiqamətləndirib. Ancaq etiraf etmək lazımdır ki, hər bir sahədə olduğu kimi diaspora sahəsində də müəyyən irili-xırdalı problemlər olub və həmin problemlər zaman-zaman özünü büruzə verib. Müəyyən vaxtlarda həmin problemləri aradan qaldırmaq mümkün olsa da, bəzən problemin kifayət qədər dərinləşməsi onun həllini mümkünsüz edib.
Ümumiyyətlə, Azərbaycandan xaricdə yaşayan soyadaşlarımızın təşkilatlanması , ölkəmizin milli maraqlarının qorunmasında həmçinin milli birliyin formalaşmasında diaspor amili mühüm amildir. Ölkəmiz müstəqillik əldə etdikdən sonra MDB məkanında, xüsusilə Rusiyada yaşayan soyadaşlarımızın təşkilatlanması istiqamətində əməli siyasət aparılsa da, lakin bir çox probelmlərdə yaşanıb.
Zamanında Diasporla İş ürzə dövlət komitəsi yaradılasa da, bu istiqamətdə müəyyən fəaliyyətsizlik, diaspor təşkilatları arasında olan ayrı-seçkilik, bu sahədə aparılan işlərə mənfi təsir edib. Bu bir faktdır ki, diasporanın təşkilatı könüllü və həqiqi vətənpərvərlərdən formalaşması mütləqdi. Belə olmadıqda isə diasporanın fəaliyyətində inkişaf olmur və ayrı-ayrı maraqlara xidmət edərək, ölkəmizin xaricdə maraqlarının qorunmasını arxa plana keçirir. Təəssüflər olsun ki, bu gün xaricdə olan diasporalarımızın bəzilərində neqativ hadisələr yaşanır və onların fəaliyyəti milli maraqlara söykənmir. Etiraf etməliyik ki, bu gün Avropada , Amerikada diasporalarımızın fəaliyyəti demək olar ki, sönükdü. MDB məkanında bir qədər canlanma olsa da, lakin müvafiq qurumların zamanında həmin diaspor təşkilatları ilə düzgün iş qurmamamsı, görülən işlərin qiymətləndirilməməsi, bəzi təşkilatlar arasında incilik və narazılıq yaradırdı. Bu da təbii ki, ölkəmizin milli maraqlarına xələl gətirən amillərdəndir.
Onu da qeyd etmək lazımdır ki, Rusiyada hazırda diaspora təşkilatlarımızın fəaliyyətində regionlar üzrə inkişaf nəzərə çarpır. Bu diaspor təşkilatlarından biri Rusiyanın Stavropol vilayəti üzrə formalaşmış Azərbaycan diaspor təşkilatıdır. Qeyd edim ki, Stavropol vilayəti ermənilərin sıxlıq şəkildə yaşadıqları və təşkilatlarının daha güclü olduğu vilayətdi. Bu vilayətədə 500 min erməni yaşayır. Təbii ki, erməni nüfuzunun çox olduğu bir vilayətdə azərbaycanlıların diaspor təşilatı qurması və gücləndirməsi, Rusiyanın dövlət və hökumət nümayəndələrini tədbirlərinə dəvət etməsi milli maraqların qorunması istiqamətində çox böyük nailiyyətdir. Bu Stavropol üzrə diaspora təşkilatı Rusiya-Azərbaycan dostluğunun qorunmasında və inkişaf etməsində böyük bir körpüdür. Bu istiqamətdə Stavropol üzrə diaspor təşkilatının gördüyü işlər bütün Avropa və Rusiyada olan diasporlarımızı üstələyir. Çünki, bu işə könüllü olaraq vətəninə və dövlətinə bağlı şəxslər rəhbərlik edir. Bu günlərdə Stavrapol şəhərində keçirilən, gənclər və tələbələr fromundan olan görüşlər, Rusiya və Azərbaycan dostluğunun bariz nümunəsi olmaqla yanaşı, həm də bu tədbir diaspora rəhbərliyinin uğurudur. Bu tədbirə Stavrapol vilayətinin qubernatoru, İnquşetiya Respublikasının prezidenti iştirak edib. Stavropol Vilayətində fəaliyyət göstərən Azərbaycan "Odlar Yurdu" diospora təşkilatının Prezidenti, FNKA nın sədri, VAK-ın sədri Fəxrəddin Yarıyev bu gün diaspora liderlərindəndir. Onun fəaliyyəti ölkəmiz və xalqımız naminə milli maraqlara söykənir. Ermənilərin güclü olduğu bir vilayətədə soydaşımızın təşkil etdiyi tədbirlərə Rusiya dövlət adamlarının təşrif buyurması, Azərbaycan haqqında müsbət fikirlər səsləndirməsi, ermənilər üzərində Stavropol vilayəti üzrə bu sahədə öndə getdiyimizin göstəricisidir. Fəxrıddın Yarıyevin diasporda gördüyü işlər bu gün digər Azərbaycan diaspora rəhbərləri üçün nümunə sayılmalıdır. Bu vilayətdə yaşayan soydaşımızın rəhbərliyi ilə diaspora təşkilatımız Stavropolda mütəmadi tədbirlər keçirir, soydaşlarımızın bir araya gəlmısində və təşkilatlanmasında xüsusi olaraq əmək sərf edir. Ümid etmək olar ki, müvafiq qurumlar ermənilərin çoxluq təşkil etdiyi bir vilayətdə diasporamızın daha mütəşəkkil və çevik fəaliyyət göstərməsi üçün onlara lazımı dəstəyi verəcəklər.
Məhəmməd