Hamilə qadınların sertifikasiya məsələsinə dəyişiklik edilir

Azərbaycan Milli Məclisinin (MM) Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında Əmək Məcəlləsinə dəyişiklik layihəsi müzakirə olunub.

Azərbaycan Milli Məclisinin (MM) Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında Əmək Məcəlləsinə dəyişiklik layihəsi müzakirə olunub. 

Dəyişiklik layihəsinə əsasən, məcəlləyə yeni-67-2-ci (Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikasiyası) maddə əlavə olunur.

Maddəyə əsasən, hamilə qadınların, uşağının 3 yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertfikasiyası keçirilmir.

İlk dəfə işə qəbul olunanlar 5 il müddətində, eləcə də azı 3 dəfə sertifikasiyadan keçmiş şəxslər sertifikasiyadan keçirilmirlər.

Dəyişiklik layihəsi müzakirələrdən sonra parlamentin plenar iclasına tövsiyə olunub.

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31