Zakir Həsənov erməni təxribatının qarşısını alarkən şəhid olan əsgərimizi təltif etdi
22 May 2018 13:48 SiyasətAzərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin təxribatının qarşısını alarkən həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Adil Əli oğlu Tatarov "Şücaətə görə" medalı ilə təltif olunub.
Bununla bağlı müdafiə naziri, general-polkovnik Zakir Həsənov əmr imzalayıb.
Medal sabah Ağstafa rayonunun Qıraq Kəsəmənli kəndində şəhidin ailəsinə təqdim olunacaq.
Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri Adil Əli oğlu Tatarov mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən həlak olub.
Şəhid hərbçi anadan olduğu Ağstafa rayonunun Qıraq Kəsəmən kənd qəbiristanlığında dəfn olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31