Paşinyan Ermənistanın bütün qubernatorlarını dəyişəcək
22 May 2018 05:26 SiyasətErmənistan hökuməti bütün qubernatorları dəyişmək qərarına gəlib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
"Düşünürəm ki, qubernatorların heyəti tam olaraq dəyişəcək", - deyə Paşinyan qeyd edib.
Paşinyanın sözlərinə görə, Ermənistanın yeni hökumətinin qarşıya qoyduğu əsas tapşırıqlardan biri növbədənkənar parlament seçkiləri keçirməkdir.
"Prioritet məsələ növbədənkənar seçkilərdir. Ancaq buna baxmayaraq, hökumət normal fəaliyyətini davam etdirməli və uzunmüddətli proqramlar təqdim etməlidir", - deyə Paşinyan söyləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31