"Paşinyan Azərbaycana qarşı Sərkisyandan da azğın olacaq" – Politoloq
"Ermənistan Azərbaycana qarşı təxribat cəhdlərinin sayını artıra bilər". Bunu politoloq Fərhad Mehdiyev deyib.
21 May 2018 15:11 Siyasət"Ermənistan Azərbaycana qarşı təxribat cəhdlərinin sayını artıra bilər".
Bunu politoloq Fərhad Mehdiyev deyib.
Politoloq hesab edir ki, Ermənistanın yeni hakimiyyətini buna vadar edən bir sıra səbəblər var:
"Naxçıvan-Ermənistan sərhədində bir hərbçimizin şəhid olması, Nikol Paşinyan hökumətinin Serj Sərkisyandan daha azğın olacağının sübutudur. Sarksiyan birinci Qarabağ müharibəsinin qalibi kimi özünü hiss edərək, Xocalı məsumlarının qanına əlini batırdığı üçün eqosu doymuş bir erməni idi.
Paşinyanın eqosu doymadığı kimi, o, qorxusuzdur və Ermənistanın həqiqi hökumət başçısının məsuliyyətini hələ ki, dərk etməyib. Hələ də qələbənin eyforiyasını yaşayır. Bu günlərdə daha ehtiyatlı olmaq lazımdır".
Teleqraf.com