İşğalçı ölkə silahlanır
21 May 2018 13:38 SiyasətDağlıq Qarabağ probleminin həlli istiqamətində danışıqlar dalana dirənir
Bir neçə gün əvvəl Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Naxçıvan Mustar Respublikasına səfəri və səfər çərçivəsində Muxtar Respublikadakı hərbi hissələrə baş çəkməsi, oradan işğalçı Ermənistana ünvanlanan mesajlar deyəsən İrəvanda ciddi narahatçılıq doğurub. Dövlət başçısının Muxtar Respublikadakı hərbi hissələrə baxışı zamanı nümayiş etdirilən hərbi texnika və sursatlar Ermənistanda ciddi təlaş və təşviş yaratdığından işğalçı ölkə bu istiqamətdə təxribatlara əl atıb. Belə ki, xəbərlərdən də məlum olduğu kimi mayın 21-də Naxçıvan istiqamətində təxribata əl atan düşmən Azərbaycan Silahlı Qüvvələrinin bir əsgərini şəhid edib.
Düşmən ölkə cəbhə xəttində təxribatlara əl atmaqla yanaşı, eyni zamanda öz hərbi potensialını da artırmaq istiqamətində ciddi hərəkətə keçib. Azərbaycanla hərbi sahədə mövcud olan fərqi aradan qaldırmağa çalışan İrəvana bu dəfə də ənənəvi olaraq Rusiya Federasiyası kömək edir. Belə ki, şimal qonşumuzun işğalçı Ermənistana göstədiyi hərbi yardımın növbəti mərhələsinin icrasına başlanılıb. Kütləvi informasiya vasitələrinin yaydığı xəbərə görə, Rusiyanın Ermənistana ayırdığı güzəştli kreditə uyğun olaraq 100 milyon dollar məbləğində silah təchizatının yeni partiyası Ermənistana verilir. Burada əsas məsələ Ermənistana hava hücumundan müdafiə sisteminə daxil olan silahların verilməsidir. Görünür, Azərbayacanın güclü hərbi aviasiyası düşməni və havadarını narahat edir.
Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyib ki, işğalçı ölkəyə göndərilən silahlar içərisində "Tor M2" müasir zenit -raket kompleksləri olacaq: "Müasir döyüş avadanlığı ilə təchiz edilmiş bu silahlar Ermənistanın havadan müdafiə sisteminin təkmilləşdirilməsinə hesablanıb. Çünki, Azərbaycanın Ermənistan üzərində havadan üstünlüyü kifayət qədər güclüdür və Ermənistan tərəfi bunu narahatlıqla dilə gətirir. Qeyd edim ki, Ermənistanın bu silahlara sahib olması, Azərbaycanla hərbi paritetin saxlanmasına gətirib çıxarmayacaq. Həmçinin bu silahlarnan təchiz olinması, heç vaxt Azərbaycanın havadan üstünlüyünü neytrallaşdıra bilməz. Çünki, ölkəmizin arsenalında olan silahlar, bu zenit-raket kompleksini yerindəcə sırradan çıxarmağa qadirdir".
Məhəmməd Əsədullazadə bildirib ki, Rusiyanın danışıqların dayandığı bir məqamda Ermənistana bu jesti, əsasən yeni hakimiyyəti daha da öz tərəfinə çəkmək kimi qiymətləndirilməlidir: "Rəsmi Yerevanın Qarabağ üzrə artan sərt ritorikası fonunda Moskvanın bu silahları verməsi, vəziyyəti daha da gərginləşdirməyə xidmət edir.
Ermənistan əsasən bu zenit -raket kompleksinin birini Naxçvanla sərhəddə yerləşdirəcək, digərini işğal olunmuş ərazilərdə yerləşdirəcək. Ermənistanın bu zenit-raket kompleksini Qarabağa da, Azərbayacanla təmas xəttinə yaxın yerləşdirməsi mümükündür". Politoloq hesab edir ki, Müdafiə Nazirliyi işğalçı ölkənin belə bir silahalarını işğal olunmuş ərazilərdə yerləşdirilməsinə imkan verməməlidir: "Ölkəmiz bununla əlaqədar Rusiyaya nota verməli, həmin anda raket -kompleskslərin torpaqlarımızda yerləşdirildiyi gün məhv etməlidir. Necə ki, ötən il Xocavənd istiqamətində düşmənin təmas xəttinə yaxın yerləşdirdiyi BMP üzərində zenit qurğunu məhv etmişdir. Analoji addım bu raket -komplekslərinədə tətbiq edilməlidir".
Məhəmməd Əsədullazadə deyib ki, hazırda danışıqların aparılmasında durğunluq hökm sürrür: "Rəsmi Yerevan yeni şərtlərlə çıxış edir. Hazırda Serj Sarkisyanın vaxtında olduğu kimi təmas xəttində monitorinq sisteminin yerləşdirilməsini tələb edirlər. Göründüyü kimi Yerevandan verilən mesajlar, münaqişənin həllini mümükünsüz edir. Gələn ay Minsk qrupunun həmsədrlərinin regiona yeni səfəri gözlənilir. Bu səfərdən sonra Ermənistanda Paşinyan hökumətinin Qarabağla bağlı siyasətində hər hansı dəyişiliklərin olub-olmaması aydın olacaq. Rəsmi Bakı bir ay da gözləmə mövqeyindədi. Brüsseldə xarici işlər naziri Elmar Məmmədyarovla ATƏT-in Minsk qrupunun həmsədrləri danışıqlarda bunu ehyam vurublar. Həmsədrlər Paşinyan hökumətini danışıqlar aparcaq. Amma, rəsmi Yerevanın praqmatik mövqe tutması, substantiv danışıqlara getməsi mümkün görünmür".
Məhəmməd