Parlament dövlət büdcəsini müzakirə edəcək

“Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi Milli Məclisə daxil olub.

"Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi Milli Məclisə daxil olub.

"Olaylar" xəbər verir ki, qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və  sahibkarlıq komitəsinin sabah - mayın 22-də keçiriləcək iclasında müzakirə ediləcək. Belə ki, komitə tərəfindən 2017-ci ilin dövlət büdcəsinin gəlirlərinə və xərclərinə baxılacaq. Bundan əlavə komitənin sabahkı iclasında "Dövlət rüsumu haqqında" və "Lisenziyalar və icazələr haqqında" qanunlara dəyişikliklər müzakirə ediləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31