Deputatımız AŞ PA-nın komitə iclasına qatılıb
Milli Məclisin deputatı Sabir Hacıyev AŞPA-nın Siyasi İşlər və Demokratiya Komitəsinin iclasında iştirak etmək üçün mayın 21-dən 23-dək Yunanıstanda səfərdə olacaq.
21 May 2018 12:54 SiyasətMilli Məclisin deputatı Sabir Hacıyev AŞPA-nın Siyasi İşlər və Demokratiya Komitəsinin iclasında iştirak etmək üçün mayın 21-dən 23-dək Yunanıstanda səfərdə olacaq.
MM-dən "Olaylar"a verilən məlumata görə, ölkənin paytaxtı Afinada keçiriləcək toplantıda Misirdə siyasi vəziyyət, Antikorrupsiya Konvensiyası üzrə Avropa Akademik Şəbəkəsinin yaradılması, terrordan zərərçəkənlərin müdafiəsi, Suriyadakı vəziyyətin qonşu ölkələrə təsiri məsələləri müzakirə ediləcək. Deputatımız müzakirə ediləcək məsələlərə öz münasibətini bildirəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31