ATƏT PA-nın vitse-prezidenti:"Səməd Seyidova qarşı tətbiq edilən sanksiyalar heç bir əsasa söykənmir və qərəzlidir"
"Azərbaycanın . Bunu jurnalistlərə ATƏT Parlament Assambleyasının (ATƏT PA) vitse-prezidenti, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətin rəhbəri Azay Quliyev bildirib.
21 May 2018 11:03 Siyasət"Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidova qarşı tətbiq edilən sanksiyalar heç bir əsasa söykənmir və qərəzlidir".
Bunu jurnalistlərə ATƏT Parlament Assambleyasının (ATƏT PA) vitse-prezidenti, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətin rəhbəri Azay Quliyev bildirib.
Onun sözlərinə görə, qurumun bu addımı Azərbaycana qarşı yönəlib: "Çünki şəxsən Səməd Seyidovun bu korrupsiya məsələsinə aid olmasını sübut edəcək bir dəlil yoxdur. Hazırlanmış hesabat özü də ziddiyətlərlə doludur. Hesabat bütünlüklə Azərbaycana həsr olunub. Bu da təbii ki, üzücüdür və təəssüf hissi doğurur. Düşünürəm ki, AŞPA heç bir halda öz ali dəyərlərini kiçiltməməlidir. Hər hansı bir sifarişlə bir ölkəni xüsusi seçərək ona qarşı belə bir addım atılmamalıdır".
Report