Müsavat Partiyası başqanının müavini istefa verdi
18 May 2018 16:49 SiyasətYadigar Sadıqov Müsavat Partiyası başqanının müavini vəzifəsindən istefa verib.
O, bununla bağlı ərizə yazıb.
Y.Sadıqov deyib ki, istefa verməsinin səbəbi partiya başqanı ilə fikir ayrılıqlarının olmasıdır: "Bunlar partiyadaxili məsələlərdir".
O bildirib ki, partiyanın Divan üzvü olaraq fəaliyyətini davam etdirəcək.
Xatırladaq ki, ötən il Elman Fəttah da partiya başqanının müavini vəzifəsindən istefa verib. Tofiq Yaqublu isə Arif Hacılının imzaladığı sərəncamla başqan müavini vəzifəsindən azad edilib.
Qeyd edək ki, bu il Müsavat Partiyasının qurultayının keçirilməsi planlaşdırılır.
Report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31