Azərbaycan və Qırğızıstan prezidentləri arasında telefon danışığı olub
18 May 2018 16:34 SiyasətMayın 18-də Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov arasında telefon danışığı olub.
"Report" Qırğızıstan prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, telefon danışığı zamanı dövlət başçıları ölkələr arasında əməkdaşlığın aktual məsələlərini, daha əvvəl əldə edilmiş razılaşmaların praktiki icrasını və ikitərəfli əməkdaşlığın gələcək inkişaf perspektivlərini müzakirə ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31