Hesablama Palatasının səlahiyyəti artırıldı
Palata sədri: “Elə məbləğlər var ki, onların bərpası mümkün olmur” Milli Məclisin mayın 18-də keçirilən plenar iclasında Azərbaycan Hesablama Palatasının 2017-ci ildəki fəaliyyəti üzrə hesabatı dinlənilib. Hesabatı təqdim edən HP sədri Vüqar Gülməmmədov qeyd edib ki, 2017-ci ildə aparılmış audit tədbirləri ilə ümumilikdə 10 992,9 mln. manat vəsait əhatə olunub ki, bunun 22,9%-i dövlət büdcəsinin xərcləri, 4,4%-i büdcədənkənar fondların vəsaitləri, 0,09%-i Naxçıvan Muxtar Respublikasının büdcəsinin xərcləri, 14,4%-i beynəlxalq və yerli maliyyə təşkilatlarından dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər, 58,2%-i isə digər mənbələrdən ayrılan vəsaitlərdir.
18 May 2018 15:01 SiyasətPalata sədri: "Elə məbləğlər var ki, onların bərpası mümkün olmur"
Milli Məclisin mayın 18-də keçirilən plenar iclasında Azərbaycan Hesablama Palatasının 2017-ci ildəki fəaliyyəti üzrə hesabatı dinlənilib. Hesabatı təqdim edən HP sədri Vüqar Gülməmmədov qeyd edib ki, 2017-ci ildə aparılmış audit tədbirləri ilə ümumilikdə 10 992,9 mln. manat vəsait əhatə olunub ki, bunun 22,9%-i dövlət büdcəsinin xərcləri, 4,4%-i büdcədənkənar fondların vəsaitləri, 0,09%-i Naxçıvan Muxtar Respublikasının büdcəsinin xərcləri, 14,4%-i beynəlxalq və yerli maliyyə təşkilatlarından dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər, 58,2%-i isə digər mənbələrdən ayrılan vəsaitlərdir. Hesabat ilində aparılmış auditlərlə yanaşı, müxtəlif sahələri və ayrılmış maliyyə vəsaitlərini əhatə etməklə bir çox təhlillər də aparılıb, təhlillər nəzərə alınmaqla nəzarət tədbirləri ilə əhatə olunmuş vəsaitin məbləği 2016-cı ilin müvafiq göstəricisi ilə müqayisədə 2017-ci ildə 2,0 dəfə çox olub. Sosial məsələlər ilə bağlı 62, işlə təmin edilmə ilə bağlı 19, digər məsələlərlə bağlı 56 müraciətə baxılıb, vətəndaşların çalışdıqları və ya vaxtilə çalışdıqları idarə və müəssisələrdə hüquqlarının pozulması, vətəndaşların təqaüdlərinin və əmək haqlarının düzgün hesablanılmaması və sosial müavinətlərin verilməsi üçün köməklik göstərilməsi ilə bağlı olan müraciətlər müvafiq qaydada araşdırılması üçün aidiyyəti qurumlara göndərilib. 2017-ci ildə yalnız milli valyutada dövlət büdcəsinə 2016-cı il ilə müqayisədə 50% çox vəsait bərpa edilib: "Müqayisə üçün qeyd edək ki, 2017-ci ildə bərpa edilmiş vəsait hesabat ilində Hesablama Palatasının saxlanılması ilə bağlı dövlət büdcəsindən icra edilmiş vəsaitin məbləğindən 5 dəfə çoxdur. Son beş ildə Hesablama Palatası tərəfindən aparılmış nəzarət tədbirlərinin nəticələri üzrə ümumilikdə 53,6 mln. manat, o cümlədən 51,7 mln. manat dövlət büdcəsinə, 1,9 mln. manat isə DSMF-nin büdcəsinə bərpa edilib". V.Gülməmmədov əlavə edib ki, Hesablama Palatasının nəzarət tədbirləri ilə ümumilikdə 689 hal üzrə nöqsanlar müəyyən edilib. Hesabat dövründə qurumlar tərəfindən 42 110,4 min manat məbləğində vəsaitin təyinatının dəyişdirilməsi halları müəyyən edilib. Hesabat ilində aparılmış tədbirlərin nəticələrinə əsaslanaraq Hesablama Palatası 26 qurum üzrə 92 halda 83,3 mln. manat məbləğində vəsaitin səmərəsiz istifadə edilməsinə imkan yaradıldığı qənaətinə gəlib.
Hesabatın müzakirəsi zamanı mllət vəkili Musa Quliyev deyib ki, Hesablama Palatası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) bir neçə şöbəsində apardığı araşdırmalar nəticəsində çox ciddi qanunsuzluqlar aşkar edib: "Hələ bir neçə şöbədə belə qanunsuzluqlar aşkar edilibsə, əksər şöbələr yoxlanarsa, ortaya hansı mənzərə çıxar? DSMF-də aşkar edilən bu qanunsuzluqlar gələcəkdə bu qurumu daha cidd qaydada yoxlanılmasını zəruri edir. Ona görə də Hesablama Palatasından tələb edirəm ki, bunu gələcəkdə nəzərə alsın və ciddi fikir versin". Deputat onu da bildirib ki, ildə 150-160 min yeni iş yeri açılsa da və həmin yerlərdə çalışan işçilər orta aylıq əməkhaqqı səviyyəsində pul alsalar da, DSMF-nin işşçilərin sığortalanması ilə bağlı verdiyi hesabatla uyğunluq təşkil etmir: "Burada ya iş yerləri ilə bağlı statistika uyğun deyil, yaxud da burada hansısa qanun pozuntusu mövcuddur. Odur ki, bu məsələlər də ciddi araşdırılmalıdır". Musa Quliyev həmçinin, ünvanlı sosial yardım və əlilliyin verilməsi ilə bağlı baş verən qanun pozuntularının araşdırlmasını təklif edib. Deputat səhiyyə sahəsindəki fəaliyyətin araşdırılmasına auditin cəlb ediməsini təklif edib: "Şəkərli diabet xəstələrinin testrlə təmin olunması ilə bağlı dövlət proqramı həyata keçirilir. Bu proqrqam 10 ildir həyata keçirilir və indiyədək bütün şəkərli diabet xəstələri tanmamilə testrlə təmin olunmalı idi. Lakin həmin sahədə ciddi çatışmazlıqlar var. Burada digər əsas məqam isə şəkərli diabet xəstələrinə ayda verilən 13 manat həcmindəki müavinətdir. Hansı ki, bu vəsaitlər heç bir testr etmir. Bu vəsait həddindən azdır. Ildə isə 20-30 min şərlərli diabet xəsətsi artır. Odur ki, bu məsələyə ciddi baxmaq lazımdır". Deputat Vahid Əhmədov bildirib ki, Palatanın hesabatında nəzarət tədbirləri ilə bağlı ciddi nöqsanların aşkar edildiyi öz əksini tapıb: "Ötən il ümumi 70 nəzarət tədbiri həyata keçirilib. Nöqsanlar əsasən ayrılan vəsaitlərin düzgün istifadə olunmaması, dövlət satınalmaları sahəsində və mühasibat uçotu ilə bağlı olub. Dövlət satınalmaları ilə bağlı nöqsanlar ümumi nöqsanların 36 faizini, mühasibat uçotu ilə bağlı nöqsanlar 35 faizini, dövlət zəmanəti ilə verilən kreditlərlə bağlı nöqsanlar isə ümumi nöqsanların 15 faizini təşkil edib". Deputat Əli Məsimliisə qeyd edib ki, Hesablama Palatası hüquq-mühafizə orqanları ilə birgə işlərin aparılması və dövlət büdcəsinə vəsaitin qəbul olunmasına diqqət etməlidir. Bundan başqa, Azərbaycan Hesablama Palatasının səlahiyyətləri artırılmalıdır. Palatanın korrupsiyaya qarşı mübarizədə işi genişləndirilməlidir:"Bu qurum elə ciddi işləməlidir ki, dövlət büdcəsinə daxil olan vəsaitlərdə yayınma olmasın. Hesabatdan məlum olur ki, Palata vəzifəli şəxslərə qarşı intizam tədbirləri həyata keçirib. Azərbaycanda nəzarət vətəndaşa tətbiq olunanda çox sərt olur. Amma dövlət orqanlarında vəzifəli şəxslərə tətbiq olunanda yolavermə mexanizmi kimi yanaşılır. Yalnız məmur işdən çıxandan sonra məlum olur ki, milyonlarla yeyinti olub. Bu yanaşma kökündən səhvdir. Hesab edirəm ki, Palata vəzifəli şəxslərlə bağlı korrupsiyaya qurşanandan sonra tədbir görməli deyil, korrupsiyanın baş verməsinə imkan verməməlidir. Hesablama Palatası bu işlərə xüsusi diqqət yetirməlidir. Düşünürəm ki, Palatanın səlahiyyətləri artırılmalıdır ki, nəzarəti həyata keçirə bilsin". Millət vəkillərinin qaldırdıqları məsələlərə münasibət bildiriən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov qeyd edib ki, audit olunan obyektlərdə ortaya çıxan nöqsanların aradan qaldırılması ilə bağlı ictimaiyyət məlumatlandırılmalıdır. Palata sədri bildirib ki, nəzarət tədbirləri nəticəsində dövlət büdcəsinə 18 milyon manat vəsaitin bərpasına nail olunub:"Bu məbləğ az görünə bilər, lakin bu zaman hüquq mühafizə orqanlarına göndərilən materialları, eləcə də səmərəsiz xərclənmiş vəsaitləri də nəzərə almaq lazımdır. Elə məbləğlər var ki, onların bərpası mümkün olmur". Spiker Oqtay Əsədov isə bildirib ki, Hesablama Palatası Milli Məclisə tabe qurum deyil, tam müstəqil qurum kimi Milli Məclisə hesabat verir: "Dünyanın yalnız iki ölkəsində Hesablama Palatası parlamentə, üç ölkəsində isə prezidentə tabedir. Ümumiyyətlə isə Hesablama Palatası tam müstəqil qurumdur". Hesablama Palatasının hesabatı müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.
Sonra millət vəkilləri gündəlikdə duran "Hesablama Palatası haqqında" yeni qanun layihəsinin II oxunuşda müzakirəsini davam etdiriblər. Qanun layihəsi barədə məlumat verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, yeni qanun layihəsində maddələrin sayı artıb.6 fəsil 41 maddədən ibarət olan layihədə Hesablama Palatasının statusu, fəaliyyətinin hüquqi əsasları, idarəetmə və təşkilati strukturu, habelə dövlət vəsaitlərinin qanunauyğun, məqsədyönlü və effektiv istifadəsinə dövlət nəzarətinin təmin edilməsi sahəsində kənar dövlət maliyyə nəzarətinin obyektləri ilə və digər tərəflərlə münasibətlərini tənzimləyir. Z.Səmədzadə bildirib ki, qanun layihəsində maliyyə, uyğunluq və səmərəlilik auditi öz əksini tapıb. Sənəddə Hesablama Palatasının səlahiyyətlərinin artırılması təklif edilir. Qanun layihəsində Hesablama Palatası dövlət vəsaitlərinin xəzinə hesabına və kənar dövlət maliyyə nəzarətinin məqsədləri çərçivəsində onların elektron informasiya sistemlərinə daxil ola biləcək. Z.Səmədzadə qeyd edib ki, yeni qanun kənar dövlət maliyyə nəzarəti orqanı olaraq Palatanın sərhədlərinin konkret müəyyənləşdirilməsi ilə dövlət vəsaitləri üzərində nəzarəti konkretləşdirir. Onun sözlərinə görə, Palatanın büdcə prosesində iştirakında konkret mərhələlər müəyyən olunub.Qanunda layihəsində bildirilir ki, növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanun layihəsi ona əlavə edilmiş digər sənədlərlə birlikdə bu qanuna və "Büdcə sistemi haqqında" qanuna uyğun olaraq rəy verilməsi üçün Milli Məclisdən Hesablama Palatasına daxil olduqdan sonra Hesablama Palatası 30 gün müddətində rəy verir və Milli Məclisə təqdim edir. Bundan başqa, dövlət büdcəsinin icrası barədə illik hesabat və müvafiq qanun layihəsi rəy verilməsi üçün Milli Məclisə daxil olduğu gündən 15 gün müddətində Hesablama Palatası onlara rəy verir və öz rəyini Milli Məclisə təqdim edir. Deputat Qüdrət Həsənquliyev bildirib ki, Palata dövlət zəmanəti ilə borc götürən səhmdar cəmiyyətin, fondun maliyyə vəziyətini yoxlamalıdır ki, borcun geri qaytarılmama riskini müəyyənləşdirsin: "Bəzən səhmdar cəmiyyətlər borc götürür və qayrata bilmir. Həmin borclar da dövlət zəmanətli olduğu üçün dövlət büdcəsi hesabına qaytarılır. Bununla bağlı "Hesablama Palatası haqqında" yeni qanuna maddə əlavə olunmalıdır". Layihə II oxunuşda səsə qoyularaq qəbul edilib.
Alim