Radikalların ənənəvi qrant davası
18 May 2018 14:29 SiyasətRadikal müxalifətin dövlətçilik və milli maraqlar əleyhinə fəaliyyəti hər zaman bumeranq effekti verərək onların özlərinə doğru yönəlib. Bu günlərdə Azərbaycan dövlətini, onun Avropa Şurası Parlament Asdsambleyasındakı nümayəndə heyəti və rəhbərliyini korrupsiya və rüşvətxorluqda ittiham edən, əsassız iddialar ortaya qoyan radikallar indi eyni aqibəti yaşayırlar. Ancaq arada iki fərq var. Birincisi, ondan ibarətdir ki, radikalları korrupsiya və rüşvətxorluqda ittiham etmirlər. Reallığı, faktı ortaya qoyurlar. Və bu faktı da səsləndirən, onu Azərbaycan cəmiyyətinə çatdıran hakimiyyət təmsilçiləri deyil. İkinci fakt ondan ibarətdir ki, radikallar elə özləri-özlərini ifşa edir, xarici dairələrin, antiAzərbaycan qüvvələrinin çirkli pulları ilə dövlətçilik əleyhinə fəaliyyətdə olduqlarını öz dilləri ilə ifadə edirlər.
Yaxın tarixə nəzər salsaq görərik ki, radikal düşərgədə pul davası hər zaman olub və xarici çirkli pullara daha çox sahib çıxmaq üçün hətta bu düşərgənin "mehriban düşmənləri" kimi tanınan Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyası daim bir-birinə qarşı mübarizə aparıb. Düzdür, son mərhələdə AXCP və onun sədri Əli Kərimli qalib gəlib və müntəzəm olaraq düəzltdiyi mitinq şouları ilə Müsaavatı demək olar ki, oyundan kənar vəziyyətə salaraq daha çox qarnta sahib çıxa bilib.
İndi isə maraqlı tendensiya müşahidə edilməkdədir. AXCP sədrinin xarici dairələrdən aldığı qrantların nəzərdə tutulan məqsədlər üçün xərclənmədiyini müsavatçılar deyil, bir vaxtlar AXCP sədrinin xeyir-duası və oyunları ilə Avropaya, Qərbə üz tutan əlaltıları səsləndirir, radikal düşərgə liderinin oyunlarını ifşa edirlər. Söhbət bir vaxtlar Əli Kərimlinin sanki milli qəhrəman elan etdiyi Emin Millidən, Xədicə İsmayıldan, eləcə də radikalların əsas təbliğatçısı kimi tanınan Sevinc Osmanqızıdan gedir.
Məlumat üçün qeyd edək ki, bir neçə gün əvvəl Helsinki komissiyası tərəfindən Birləşmiş Ştatlar konqresində Azərbaycanla bağlı dinləmələr keçirilib. Həmin dinləmələrdə Əli Kərimlinin milli qəhrəman kimi təqdim etdiyi Emin Milli də iştirak edib. Dinləmələr zamanı çıxışını yalnız və yalnız Azərbaycan dövlətçiliyinə qarşı notlar üzərində quran Emin Milli hətta Azərbaycana qarşı müəyyən sanksiyaların tətbiq olunması təşəbbüsü ilə də çıxış edib. Düzdür, bir çoxları Millinin antimilli mövqedən çıxış etməsini təəccüb və təəssüf hissi ilə qarşılasa da, ancaq əksəriyyət üçün onun dövlətçilik əleyhinə səsləndirdiyi fikirlər, ortaya qoyduğu fəaliyyət adi qarşılanır. Ona görə də Azərbaycan cəmiyyətində böyük əksəriyyət milliliyə zərrə qədər yaxınlığı olmayan bu şəxsin fikirlərinə əhəmiyyət vermir. Çünki Emin Milli, Xədicə İsmayıl və digər bu kimi radikalların məhz Azərbaycanı sevməyən qüvvələrin maliyyəsi hesabına danışqdıqlarının fərqindədir.
Emin Millinin Helsinkə Komissiyasında keçirilən dinləmələr zamanı etdiyi çıxışda diqqət çəkən əsas məqamlardan biri isə onun Əli Kərimli və onun timsalında radikal müxalifət haqqında tənqidi fikirlər səsləndirməsi olub. Emin Millinin fikirlərindən belə aydın olub ki, xarici dairələrin radikal düşərgəyə ayırdığı qrantların heç bir ciddi nəticəsi olmayıb. Bu düşərgə altığı qrantlar hesabına öz fəaliyyətini aktivləşdirmək, ictimai-siyasi proseslərə təsir göstərmək əvəzinə asan yolla əldə etdikləri maliyyəni bölüşdürməklə məşğul olublar. İndiki məqamda bu problemin Emin Milli tərəfindən qabardılması isə onunla bağlıdır ki, radikal düşərgəyə həmin qrantların ayrılmasında əsas vasitəçi rolunu Avropada elə məhz Emin Milli oynayıb. Emin Millinin ciddi səyləri nəticəsində hər il bir neçə nilyon dollar qrant alan radikal düşərgə, əsasən isə Əli Kərimli və onun Milli Şura qanadı vasitəçəyə nəzərdə tutulan haqqı çatdırmadıqları üçün indi o da, qrantyeyənləri ifşa etməyə başlayıb.
Emin Millinin radikalların iç üzünü açması, onlara ayrılan qarantların mənsaız yerlərə sərf edilməsi barədə verdiyi açıqlama bu düşərgədə soyuq duş effekti yaradıb. Belə bir vəziyyətlə üzləşəcəkləri ağıllarına gəlməyən radikallar Əli Kərimlinin tapşırığı ilə Emin Milliyə qarşı sosial şəbəkələrdə fəaliyyətə başlayıblar. Bu fəaliyyətə hətta radikalların ağsaqqalı sayılan Cəmil Həsənli də cəlb olunub. Demək olar ki, Kərimli uşaqdan böyüyə hər kəsi səfərbər edib ki, qrant fırıldağının üstü açılmasın.
Bu arada xaricdəki antiAzərbaycan dairələrinin ayrıdığı qrant uğrunda biri birinin qanını içməyə hazır olanlardan biri də Xədicə İsmayılla Sevinc Osmanqızıdır. Xədicə İsmayıl iddia edir ki, Sevinc Osmanqızı "MEYDAN TV"ni ələ keçirmək üçün Birləşmiş Ştatlarda yaşayan eks-spiker Rəsul Quliyevdən maddio dəstək də alıb. Düzdür, qarşı tərəf bunu təkzib etsə də, ancaq Xədicə İsmayılın ciddi şəkildə inad göstərməsi torbada pişik olduğundan xəbər verir.
Göründüyü kimi hakimiyyəti çirkli pulları mənimsəmək, korrupsiya və rüşvətxiorluqda əsassız şəkildə ittiham edən radikallar özləri indi belə bir hal qarşısındadırlar. Bu situasiya bir daha onu deməyə əsas verir ki. radikal siyasi düşərgə maddi dəstək, xarici qrantlar əldə etdiyi halda istənilən addımı atar, dövləti, dövlətçiliyi satmaqdan belə çəkinməz. Necə ki. hazlırda onlar bir-birini satmaq, ifaş etməklə məşğuldurlar.
Füzuli