Hesablama Palatası 60 nəzarət tədbirinin nəticəsi barədə qərar qəbul edib
18 May 2018 14:04 Siyasət"Hesabat ilində yalnız milli valyutada dövlət büdcəsinə 2016-cı illə müqayisədə 50% çox vəsait bərpa edilib. 2017-ci ildə bərpa edilmiş vəsait hesabat ilində Hesablama Palatasının saxlanılması ilə bağlı dövlət büdcəsindən icra edilmiş vəsaitin məbləğindən 5 dəfə çoxdur".
Bunu Milli Məclisin plenar iclasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Palatanın 2017-ci ildəki fəaliyyəti barədə məlumat verərkən deyib. Bildirib ki, Hesablama Palatasının 2017-ci ilin iş planına uyğun olaraq dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının vəsaitləri üzrə 10 analitik təhlil və 50 audit olmaqla 60, Naxçıvan Muxtar Respublikasının büdcəsi üzrə isə 11 nəzarət tədbirinin başlanılması ilə bağlı qərar qəbul edilib, hesabat ilində 1 nəzarət tədbiri növbəti ilə saxlanılıb: "2016-cı ilin iş planına daxil olan nəticələri hesabat ilində yekunlaşan 1 audit də nəzərə alınmaqla 2017-ci ildə 60 nəzarət tədbirinin nəticələri ilə bağlı qərar qəbul edilib, həyata keçirilən 6 tədbirin nəticələrinin hesabat tərtib edilən müddətdə yekunlaşdırılması səbəbindən həmin tədbirlər üzrə müəyyən edilən nöqsanlar təsnifləşdirilsə də qurumların həyata keçirəcəyi tədbirlərlə bağlı müvafiq məlumatlar növbəti ildə hesabata daxil ediləcək. Qeyd edim ki, hesabat ilində aparılmış nəzarət tədbirləri 4 Açıq Səhmdar Cəmiyyətinin, 1 Qapalı Səhmdar Cəmiyyətinin və 1 Məhdud Məsuliyyətli Cəmiyyətinin maliyyə-təsərrüfat fəaliyyəti əhatə olunub". V. Gülməmməodv bildirib ki, ümumilikdə hesabat dövründə qurumlar tərəfindən 42 mln. 110,4 min manat məbləğində vəsaitin təyinatının dəyişdirilməsi halları müəyyən edilib.