Əli Hüseynov: “AŞ PA-nın qərarı təşkilata başucalıq gətirmir”
18 May 2018 13:59 SiyasətAzərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti daim ölkəmizin maraqlarını müdafiə edib.
Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib: "Həmin nümayəndə heyətində olan insanlar peşəkardılar. Deyirlər ki, Səməd Seyidovun korrupsiya əməlində iştirakı olmayıb. Amma sonra ona sanksiya tətbiq edilir. Bu, AŞPA-ya başucalığı gətirmir. Biz orada fəaliyyətimizi daha da əzmlə davam etdirməliyik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31