Oqtay Əsədov: “Səməd Seyidov bizim mübariz deputatımızdır”

"Azərbaycanın bəzi "vətənpərvər"ləri bun məsələni əldə bayraq ediblər. Qəzetlər, saytlar bütün günü bundan yazırlar. Təbii ki, bu, ədalətsiz qərardır. Deyirlər ki, guya bu sanksiya ilkdir. Belə deyil, bir dəfə sanskiya qoyulmuşdu". "Olaylar"ın xəbərinə görə, bunu Milli Məclisin iclasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov barəsində AŞPA-da sanksiya tətbiq edilməsi məsələsinə münasibət bildirərkən parlamentin sədri Oqtay Əsədov deyib. Spiker bildirib ki, bəziləri bunun ilk sanksiya olduğunu deyirlər: "Bu, doğru deyil, dəfələrlə belə olub. Onlar həmişə qərarlarından sonra peşman olublar".

O.Əsədov xatırladıb ki, AŞPA-nın bir qərarına əsasən, iki il Azərbaycanda heç bir tədbirin keçirilməməsi nəzərdə tutulmuşdu, amma 1 il sonra peşman oldular: "Qurumun iki alt komitəsinin iclası Bakıda keçirilməli idi. Maddi imkanları yox idi, xahiş etdilər ki, bəlkə iclası keçirək, mən də razılaşmadım, dedim ki, biz sanskiya tətbiq olunan müddətdə iclas keçirə bilmərik. Üç il sonra isə bütün komitə iclasları Azərbaycanda keçirdilər. Səməd Seyidova qarşı qərar ədalətsizdir, bunu hər kəs bilir. Səməd Seyidov bizim mübariz deputatımızdır, işini həmin qaydada davam etdirəcək".

Spiker vurğulayıb ki, AŞPA-da Dağlıq Qarabağ məsələsinin müzakirəsinə əngəl olurlar: "Bu da onların qərəzli olmasından xəbər verir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31