Milli Məclisin nümayəndə heyəti Türkiyəyə səfər edib

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti bu gün Türkiyənin İstanbul şəhərinə səfər edib.

MM-dən "Olaylar"a daxil olan məlumata görə, səfərdə məqsəd Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi Baş Assambleyasına ( QDİƏT PA) üzv ölkələri spikerlərinin sammitində iştirak etməkdir. Səfər zamanı O. Əsədovun sammitdə çıxışı və bir sıra ölkə nümayəndə heyətləri rəhbərləri ilə görüşləri də nəzərdə tutulub. Nümayəndə heyətinə QDİƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, deputat Eldar Quliyev, parlamentin Aparat rəhbəri Səfa Mirzəyev və bir sıra rəsmi şəxslər daxildir.

Səfər mayın 17-də başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31