Deputatlarımız Gürcüstana səfər ediblər
14 May 2018 11:44 SiyasətMilli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşovun başçılığı ilə qrupun üzvləri Kamilə Əliyeva, Pərvin Kərimzadə, Naqif Həmzəyev, Rasim Musabəyov və Hikmət Məmmədov Tbilisə səfər ediblər.
MM-dən "Olaylar"a verilən məlumata görə, Gürcüstan-Azərbaycan parlament dostluq qrupunun dəvəti əsasında həyata keçiriləcək səfər çərçivəsində iki ölkə arasında parlamentlərarası əlaqələrin inkişafına dair müzakirələr aparılacaqdır. Milli Məclisin nümayəndə heyətinin Gürcüstanda bir sıra rəsmi şəxslərlə görüşləri də nəzərdə tutulmuşdur.
Səfər mayın 16-da başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31