ABŞ Konqresində Əli Kərimliyə kim nə deyib?

 

" Mayın 9-da Amerika Birləşmiş Ştatlarının Konqresində Azərbaycanda vəziyyətə dair dinləmələr keçirilib. ABŞ bu səfər dinləmələrə Avopada yaşayan iki şəxsi - Orduxan Teymurxanla, Emin Millini dəvət edib.

Dinləmələr zamanı ABŞ Massaçuses Universitetinin tarix professoru Odri Alştadt çıxışında AXCP sədri Əli Kərimlini Azərbaycanda fəaliyyət göstərən müxalifətin "marjinal şəxsi " və ya " qocası" adlandırıb. Bu fikirləri saytına BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlı bildirib: " Alştadt çıxışında Əli Kərimlini qoca adlandırmaqla yanaşı Azərbaycan üçün resursları olmayan biri kimi təqdim edib. Həmçnin bildirib ki, Kərimlinin irəli çıxmağa heç bir şansları olmayıb. Məruzəçinin bu çıxışından 3 gün keçməsinə baxmayaraq Əli Kərimli ABŞ nümayəndəsinin onu "qoca" adlandırması fikirinin təsirindən çıxa bilmir.

42c7c9ad-af6e-4043-815b-b70286355701.jpg (71 KB)

Dinləmələrdən dərhal sonra Əli Kərimlinin komandası ilə facebook sosial şəbəkəsində Emin Milliyə qarşı hücum kampaniyası təşkil edilmişdi. Və Emin Millini Əli Kərimli , Cəmil Həsənli və digərləri təhqir etməkdən belə çəkinmirdilər. Bu təhqirlərin qarşlığında dünən Emin Milli facebook-da canlı efirə çıxaraq Əli Kərimliyə "qoca" və ya "marjinal" sözünü onun yox, Odri Alştadt dediyini bəyan etdi. Bundan sonra Xədicə İsmayıl Emin Mill Milliyə dəstək olaraq, onu təhqir etdirən Əli Kərimli ilə Cəmil Həsənlinin Emin Millidən üzür istəməsi ilə bağlı status yazıb." 

Niyaməddin Orduxanlı ile ilgili görsel sonucu

Niyaməddin Orduxanlının sözlərinə bu günə kimi ABŞ Helsinki Komissiyasında Avropada Təhülkəsizlik və Əməkdaşlıq Komissiyası bir necə dəfə dinləmələr keçirib: "Xatırlayırsınısa, keçən dəfə konqresmen dinləmələrə Əli Kərimlini dəvət etmişdi. Əli Kərimli də həmin dinləmələrə İngiltərədə yaşayan tələbə oğlu Türkel Kərimlini göndərmişdi. Türkel Kərimli də dinləmələrdə atasının dəvəti ilə gəldiyini və orada yalnız atası Əli Kərimlini təmsil etdiyini bildirmişdi. Görünür bu cür davranışdan sonra ABŞ konqresi Əli Kərimlini dinləmələrə dəvət etməkdən imtina edib. Və təsadüfü deyil ki, ABŞ -ın nümayəndəsi Alştadt Kərimlini Azərbaycan müxalifətinin "qocası" adlandırıb. Bununla da ABŞ Əli Kərimliyə öz münasibətini ortaya qoyub."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31