Səfir: “Azərbaycan gündən-günə çiçəklənir və gözəlləşir”
“Azərbaycan gündən-günə çiçəklənir və gözəlləşir”. Məlumata görə, bunu Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral bildirib.
12 May 2018 12:34 Siyasət"Azərbaycan gündən-günə çiçəklənir və gözəlləşir". Məlumata görə, bunu Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral bildirib.
Onun sözlərinə görə, bu gün Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən növbəti ağacəkmə kampaniyası da onun bir parçasıdır: "Bu həm Azərbaycanın gözəlliyinə gözəl qatır, həm də bu ağacların əkilməsi bütün təbiəti canlandıran mühüm bir hadisədir. YAP tərəfindən 700 min ağacın əkilməsi gələcəkdə və yaxın illərdə yeni-yeni məhsulların ortaya çıxmasına şərait yaradacaq. Bu həm ekologiyaya, ətraf mühitə yaxşı təsir göstərəcək, həm də meyvə verərək iqtisadiyyatın inkişafına təkan verəcək. Ona görə də bu çox mühüm bir hadisədir". Sia.az