Nazirdən yeni təyinat

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri vəzifəsinin icrası Anar Əliyevə tapşırılıb.

Bununla bağlı nazir Sahil Babayev qərar qəbul edib.

A.Əliyev Əmək və Əhalinin sosial müdafiəsi nazirinin müşaviridir.

Qeyd edək ki, nazirliyin bundan əvvəlki Aparat rəhbəri Əjdər Cəbiyev (Əjdər Ol) idi. O, öz ərizəsinə əsasən işdən çıxarılıb.

Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31