Qarabağda müharibə qaçılmazdır
İrəvanın aqressiv mövqeyi bunu labüd edir Ermənistan ənənəvi aqressiya və işğalçılıq siyasətini davam etdirməkdə bir daha israrlı olduğunu nümayiş etdirdi. İşğalçı ölkədə baş verən hakimiyyət çevrilişi və inqilabçı Nikol Paşinyanın zor gücü ilə baş nazir postuna yiyələnməsi, bundan dərhal sonra onun Dağlıq Qarabağ problemi ilə bağlı verdiyi açıqlamalar bir daha onu təsdiqlədi ki. bu ölkənin mahiyyəti dəyişməyib və Ermənistanda kimin, hansı qüvvənin hakimiyyətə gəlməsindən asılı olmayaraq İrəvan kompromisə qətiyyən meyilli deyil.
11 May 2018 12:00 Siyasətİrəvanın aqressiv mövqeyi bunu labüd edir.
Ermənistan ənənəvi aqressiya və işğalçılıq siyasətini davam etdirməkdə bir daha israrlı olduğunu nümayiş etdirdi. İşğalçı ölkədə baş verən hakimiyyət çevrilişi və inqilabçı Nikol Paşinyanın zor gücü ilə baş nazir postuna yiyələnməsi, bundan dərhal sonra onun Dağlıq Qarabağ problemi ilə bağlı verdiyi açıqlamalar bir daha onu təsdiqlədi ki. bu ölkənin mahiyyəti dəyişməyib və Ermənistanda kimin, hansı qüvvənin hakimiyyətə gəlməsindən asılı olmayaraq İrəvan kompromisə qətiyyən meyilli deyil. Yeni baş nazirin vəzifəsinin icrasına başladığı ilk gündən işğal altında olan Dağlıq Qarabağa səfər etməsi və oradan Azərbaycanın ünvanına sərt ifadələr səsləndirməsi də bunu təsdiqlədi. Elə bu səbəbdən dolayıdır ki, əksər ekspertlər Dağlıq Qarabağ probleminin həllini məhz hərb yolunda görürlər. Haqlı olaraq bildirilir ki, Nikol Paşinyanın Azərbaycan barədə səsləndirdiyi hədə və alçaldıcı fikirlərə görə İrəvan mütləq cəzalandırılmalıdır.
Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Ermənistanın yeni baş naziri Nikol Paşinyanın işğal olunmuş ərazilərimizə səfər edərək, Xankəndində işğal etdikləri ərazilərimizlə bağlı aparıla biləcək danışıqlar haqda açıqlamaları göstərir ki, Yerevanda hakmiyyətlər dəyişməsindən asılı olmayaraq, işğalçılıq və etnik düşmənçilik siyasəti əsas pioritet olaraq qalır: "Qeyd edim ki, populist vədlərlə kütləni ətrafında birləşdirməyə nail olan Paşinyanın bundan sonrakı siyasəti zidiyyətli olacaq. Ermənistan əhalisi bir müddətdən sonra Nikol Paşinyanın Serj Sərkisyandan fərqli olmadığının şahidi olacaq. Çünki, bu ölkənin iqtisadi və sosial inkişafı, ilk növbədə Türkiyə və Azərbaycanla əlaqlərin bərpasından aslıdır".
Politoloq deyir ki, regionda geosiyasi vəziyyət gərginləşən fonunda Birləşmiş Ştatların Rusiya və İrana sanksiyaları Ermənistana da ciddi təsir edəcək: "Çünki, rəsmi Yerevanın əsas iqtisadi əməkdaşlığı bu ölklərlə qurulub. Bu sanksiyalardan sonra, müəyyən dərəcədə həmin ölkələrlə iqtisadi əməkdaşlığın səmərəsiz olacağı qaçılmazdı. Qərbin sanksiyaları fonunda İran və Rusiya iqtisadiyyatının qüruba gedəcəyi şübhəsizdir.
Ümumiyyətlə Ermənistan iqtisadiyyatına baş nazir Poşinyan nə verə bilər?! Bu ölkənin iqtisadi inkişaf üçün heç bir resursu yoxdur. İqtisadi sahə Rusiyanın inhisarındadır. Belə olan təqdirdə Paşinyanın baş nazir seçilməsi Ermənistan üçün müsbət heç nə vəd etmir. Qeyd edim ki, Poşinyanın Qarabağa gəlişi, separtçıların dəstəyini qazanmaqdan ibarətdir. Əgər, yeni hakimiyyət Qarabağ üzrə danışıqlarda əlavə şərtlər irəli sürəcəksə, bu diplomatik kanalların dondurulması kimi qiymətləndirilməlidir. Və, ordumuz hərəkətə keçməlidir.
Şübhəsiz Paşinyan da Qarabağ məsələsində Kremlin buyruğu olacaq. Rusiya prezidenti Vladimir Putinin telefon zəngləri ilə hərəkət edəcək"
Məhəmməd Əsədullazadə deyib ki, Rusiya prezidenti Putindən növbəti prezidentlik dönəmində Qarabağ münaqişəsinin həllinə diqqət ayrıracağını gözləmirəm: "Kreml onda münaqişənin həllinə qol qoya bilər ki, Ermənistanda Rusiyanın əleyhinə siyasət formalaşar. Ermənistanın Rusiyadan asılılığı məhz Qarabağ faktoru olaraq qalacaq".
Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin sədri Azər Verdiyev də deyib ki, Nikol Paşinyan Qarabağda özünü baş terrorist kimi apardı. Bildirdi ki, buranın ağası bizik: "O, beynəlxalq jurnalistlərin qarşısında bəyan etdi ki, tarix indiyədək Azərbaycan kimi qorxaq bir dövlət görməyib. Qorxaq bir dövlətin qarşısından niyə çəkinməliyik? Ermənilər belə bir qorxaq dövlətlə 25 ildir qonşu olmaqdan xoşbəxtdir və qonşumuza ən azı100 il belə olmağı arzulayırıq."- Paşinyan belə deyib. Təsəvvür edirsiniz bu fikirləri guya demokratik yolla hakimiyyətə gələn Paşinyan deyib. O, bir daha sübüt etdi ki, Ermənistan terrorçu və işğalı dövlətdir. Burada bəzi xırda məqamlar var. Əvvəla Paşinyan Qarabağ klanı ilə razılaşmaq məcburiyyətində idi. İkincisi isə rus politoloqların son dönəmlər Ermənistanla bağlı söylədikləri sərt fikirlər Paşinyanı düşünməyə vadar edib".
Azər Verdiyev deyib ki, Ermənistan faktiki olaraq Rusiyanın qucağında oturubdur: "Bu birmənalı şəkildə belədir. Ancaq Rusiya bu dəfə ayıq davranacaq. Hər kəs bilir ki, Paşinyan bir Qərb projesidir. Üçüncü bir məqam isə Ermənistan büdcəsinə lobbiçilik fəaliyyətindən gələn vəsaitlə bağlıdır. Paşinyan lobbi təşkilatlarının fikirlərini ifadə edəcək sözlər söyləməyə məcbur idi. Amma artıq kartlar açılıb. Bütün dünya gözəl bilir ki, hakimiyyətdə kimin olmasından asılı olmayaraq ermənilər sülh yolu ilə torpaqları qaytarmayacaqlar. Bu mənada müharibə qaçılmazdır".
Süleyman